Icma.az
close
up
RU
BDU nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə

BDU nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsində 5 ixtisas – coğrafiya, coğrafiya müəllimliyi, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi və hidrometeorologiya ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Coğrafiya ixtisası üzrə məzunlar landşaftın təkamülü və dinamikası, təbiətin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların səmərəli istifadəsi, təbiət proseslərinin tədqiqi, sosial infrastrukturun və istehsalın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, dünyada və ölkəmizdə baş verən demoqrafik proseslərin öyrənilməsi sahələrində biliklərə yiyələnirlər. Bu ixtisas üzrə məzunlar müxtəlif dövlət qurumlarında, institutlarda, yaşıllaşdırma idarələrində və digər qurumlarda mütəxəssis kimi işləyə bilərlər.

Coğrafiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) coğrafiya fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.

Turizm işinin təşkili ixtisası üzrə məzunlar xarici və daxili turların təşkili, partnyorlarla əlaqə və işgüzar yazışmalar, müştəri sorğularının cavablandırılması, aviabilet əməliyyatları, operativ marketinq təkliflərinin hazırlanması, mehmanxana və sosial-ictimai sahədə xidmətlərin təşkili, xidmət keyfiyyətinə nəzarət sahələrində, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətləri və beynəlxalq turizm təşkilatlarında, Dövlət Turizm Agentliyi və digər qurumlarda işləyə bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə məzunların mühəndis, topoqrafik və mədən ölçmələri, coğrafi informasiya sistemləri (CİS), geodeziya şəbəkələrinin müşahidəsi, təhlili və qiymətləndirilməsi, nivelirləmə, geoməkan analizi, məsafədən zondlama, şəhər planlaşdırılması və ətraf mühitin monitorinqi sahələrində işləmək imkanları var.

Hidrometeorologiya ixtisası üzrə məzunlar hidrometeoroloji müşahidələrin təşkili və aparılması, Xəzər dənizinin hidrometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin öyrəniməsi, müasir iqlim dəyişmələrinin, hidrometeoroloji hadisə və proseslərin təhlili, su ehtiyatlarının qiymətləndirilməsi, hidrometeorologiyada CİS-lərin tətbiqi sahələrində işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri