Icma.az
close
up
RU
Coğrafiya elmində simvol imza

Coğrafiya elmində simvol imza

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda müasir coğrafiya elmi məktəbinin simvolu sayılan "Şöhrət" ordenli, Əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor Şövqisəfa Yusifziya oğlu Göyçayskinin bu gün 90 illik yubileyi tamamlanır.

Professor Ş.Göyçayski 20 may 1935-ci ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olub. O, 1958-ci ADU-nun (indiki BDU) Geologiya-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisası üzrə Universitetin aspiranturasına qəbul edilib. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1989-cu ildən professordur.

Professor Ş.Göyçayski haqqında düşünərkən onun nə qədər hərtərəfli, geniş dünyagörüşə və yüksək intellektə malik şəxsiyyət olduğuna heyrətlənməmək olmur. Zaman keçdikcə onun nadir zəkası, müdrikliyi, böyüklüyü daha da aydın görünür. Alimin yaradıcılıq istiqamətləri və elmi baxışlarının fəlsəfəsi nəinki ölkəmizdə, Azərbaycanın sərhədlərindən kənarda da qəbul edilir və öyrənilir.

Şövqisəfa müəllimin coğrafiyanın müxtəlif sahələrinin yenilənməsi üzrə peşəkar və çoxcəhətli elmi-metodiki əsərləri tələbə və müəllimlərin müraciət etdiyi mötəbər mənbələr və ya stolüstü kitablardır. Professor BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasını yaradıb və uzun müddət ona rəhbərlik edib. Ş.Y.Göyçayskinin elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı kompleks və dayanıqlığa dair nəzəri-metodiki işlərin yeniliyi ilə fərqlənir. Bu baxımdan tannmış coğrafiyaşünas Azərbaycanda coğrafi ekologiya elminin yaradıcısı sayılır. O, 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, həmçinin Azərbaycanın irimiqyaslı iqtisadi və əhali xəritələrinin müəllifi və həmmüəllifidir.

Professor Ş.Y.Göyçayskinin təşəbbüsü və səyləri nəticəsində ilk dəfə Azərbaycanda "Coğrafiyaçı-ekoloq" ixtisası yaradılıb. O, 6 namizədlik və 3 doktorluq dissertasiyasına rəhbərlik edib. Alim Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətində İqtisadi və Sosial Coğrafiya bölməsinin rəhbəri, Elm-texnika Komitəsi yanında Ekologiya Komissiyasının üzvü, coğrafiya sahəsi üzrə ixtisaslaşmış Dissertasiya Şurasının həmsədri, AAK-da Yer elmləri bölməsi üzrə ekspert şurasının, BDU-nun Böyük Elmi Şurasının üzvüdür. Respublika elmi konfranslarında, beynəlxalq konqreslərdə və simpoziumlarda, xüsusilə MAB-6, Abitat-II Beynəlxalq konfransların işində əməli fəaliyyət göstərib və maraqlı məruzələrlə çıxış edib. Beynəlxalq Elmi İnkişaf və Beynəlxalq Ekologiya akademiyalarının həqiqi üzvüdür.

"Regionların tədqiq edilməsinin metodoloji problemləri", coğrafi ekologiyanın nailiyyətləri və problemləri", "Xəzərdə monitorinq aparılmasının aktual problemləri" və başqa fundamental əsərlərinin coğrafiya elminin inkişafında mühüm mövqeyi və elmi-metodiki əhəmiyyəti vardır.

İntellektual düşüncəli, istedadlı insanları düzgün dəyərləndirməkdə, işə məsuliyyətlə yanaşmaqda, peşəsini dərindən sevməkdə həmkarlarına və gənc nəslə örnək olan bu zəhmətkeş ziyalı müqəddəs müəllimlik sənətinin şərəfini həmişə uca tutub, dərs dediyi tələbələrinə də daima bunu aşılayıb. Elmi ictimaiyyət yaxşı bilir ki, onun fəaliyyətində prinsipiallıq və obyektivlik, səmimiyyət və səriştə əsas yer tutur. Ömrü boyu halal zəhməti ilə xalqımıza və dövlətimizə sədaqətlə xidmət edən Şövqisəfa müəllim Azərbaycan elminin və təhsilinin inkişafı yolunda bilik və bacarıqlarını hər zaman məsləkdaşları ilə paylaşmaqdan zövq alıb və bu gün də təcrübələrini gənc nəsillə bölüşməkdən qalmır.

Şövqisəfa müəllim zəngin pedaqoji təcrübəsi və elmi yaradıcılığı ilə yanaşı, şəxsi keyfiyyətləri ilə də gələcək nəsillərə örnək tərcümeyi-hala sahibdir. O, təkcə dərs dediyi auditoriyalarda deyil, həm də öz ailəsində cəmiyyətimizə layiq vətəndaş yetişdirmək missiyasına ciddi yanaşıb, övlad və nəvələrinə də ən nəcib keyfiyyətləri aşılamaqda əlindən gələni əsirgəməyib.

Dəyərli həmkarım və məsləkdaşım, professor Ş.Y.Göyçayskini anadan olmasının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Ağazeynal QURBANZADƏ

Coğrafiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri