BDU nun şəhid məzununun xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Mexanika-riyaziyyat fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə I kurs tələbələri arasında fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş Riyaziyyat olimpiadası keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev, Riyazi analiz kafedrasının müdiri Rəşid Əliyev, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Etibar Əhmədov fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunan olimpiadanın rəmzi məna daşıdığını, onun xatirəsinin unudulmadığını, xalqımıza tarixi qələbəni yaşadan hər bir qəhrəmanın daim yad edildiyini diqqətə çatdırıblar.
“BDU könüllüləri” təşkilatının fakültə sədri Nuray Cəfərova olimpiadanın şərtləri və mərhələləri ilə bağlı tələbələri məlumatlandırıb. Olimpiadanın rəqabətliliklə yanaşı, həm də dostluq yarışı olduğunu qeyd edib.
Olimpiadanın nəticələrinə görə fakültə tələbələrdən İlkin Alıyev I, Ayxan Bayramalıyev II, Kənan Aydayev və Nərgiz İsmayıl III, Zeynəb Məlikhəsənova, Mehriban Məmmədova və Ayan Allahverdiyeva isə həvəsləndirici yerlərə layiq görülüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















