BDU nun Sosial elmlər və psixologiya fakültəsi beynəlxalq əməkdaşlığı genişləndirir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 aprel, AZƏRTAC
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 23 əməkdaşı Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, əməkdaşlığın daha da genişləndirilməsini müzakirə ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı hər iki universitetin müvafiq kafedralarında çalışan professor-müəllim heyəti arasında gələcəkdə birgə tədqiqatların aparılması, qrant layihələrinin işlənib-hazırlanması, birgə elmi məqalələrin çap etdirilməsi, konfranslarda iştirak və s. istiqamətlərdə kompleks tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Görüşdə magistratura səviyyəsində ikili diplom proqramının təşkili də müzakirə edilib.
Özbəkistanlı qonaqlar fakültədə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərsləri keçiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 17 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















