Icma.az
close
up
RU
Peşəkarlıq, zövq və detal həssaslığı bərbərliyin əsas şərtidir MÜSAHİBƏ

Peşəkarlıq, zövq və detal həssaslığı bərbərliyin əsas şərtidir MÜSAHİBƏ

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bərbər sənəti təkcə saç kəsmək yox, insanın xarici görünüşünü formalaşdıran, özünə inamını artıran bir yaradıcılıq sahəsidir.

Bu sahədə peşəkarlıq, üslub duyumu və müştəri ilə düzgün kommunikasiya bərbərin əsas kapitalıdır.

Bakıvaxtı.az olaraq paytaxtın tanınan gənc ustalarından biri – Gündüz Məmmədov ilə bərbərlik sənətinin incəlikləri, yeni trendlər və müştəri gözləntiləri barədə söhbətləşdik.

– Gündüz bəy, ilk olaraq sizdən başlayaq. Bərbərliyə necə gəlmisiniz?

— Uşaqlıqdan bu sahəyə xüsusi marağım olub. Hətta xatırlayıram, məktəb vaxtı dostlarım saç kəsdirmək üçün başqa yerə getmək əvəzinə mənə müraciət edirdilər. O zaman adi qayçıyla saçlara forma vermək mənə çox maraqlı gəlirdi. Zaman keçdikcə bunun sadəcə hobbi olmadığını anladım və peşəkar şəkildə davam etdirməyə qərar verdim. Bir neçə tanınmış ustanın yanında təcrübə keçdim, həm yerli, həm də xarici ustad dərslərində iştirak etdim. Davamlı olaraq özümü inkişaf etdirməyə, dünya trendlərini izləməyə çalışdım. Bu gün artıq öz müştəri bazam və mütəmadi olaraq yenilənən bacarıq arsenalım var.

– Bərbərliyin sizin üçün ən maraqlı tərəfi nədir?

— Mənim üçün bərbərlik sadəcə xidmət göstərmək yox, yaradıcılıq və insanın xarici görünüşünə toxunan "incə sənət"dir. Hər müştəriyə fərdi yanaşmaq, onun üz quruluşuna, saç tipinə uyğun model seçmək mənə zövq verir. Eyni zamanda müştəri güzgüyə baxanda özünü daha yaxşı hiss edirsə, bu, mənim üçün ən böyük motivasiyadır. Bir növ insanın özünə inamını artırmağa kömək edirsən. Bu sahənin ən maraqlı tərəfi də elə budur – nəticə hər dəfə fərqli, kreativ və insandan-insana dəyişən olur.

– Hazırda kişilər arasında hansı saç kəsimləri daha çox sifariş olunur?

— Son illər “fade” və “taper fade” kəsimləri bir nömrəli trenddir, xüsusilə gənclər arasında çox populyardır. Bu üslublar həm səliqəli görünür, həm də gündəlik baxım tələb etmir. Eyni zamanda klassik “side part”, yəni yan ayırma ilə edilən retrovari kəsimlər də öz aktuallığını qoruyur. Saçını çox dəyişmək istəməyən, amma səliqəli görünüşə üstünlük verən müştərilər məhz bu modeli seçir. Bundan başqa, təbii teksturanı qoruyan, yüngül şəkildə qat verilmiş “messy look” da son zamanlar xeyli sevilir. Ümumiyyətlə, kişilər daha çox həm modern, həm rahat, həm də üz quruluşuna uyğun modellərə üstünlük verirlər.

– Müştərilərlə işləmək asandırmı? Maraqlı hadisələr olur?

— Müştəri ilə işləmək bəzən çox rahat, bəzən də kifayət qədər məsuliyyətlidir. Hər insanın zövqü, gözləntisi, xarakteri fərqli olduğu üçün bərbər həm yaxşı dinləyici, həm də düzgün məsləhət verən bir mütəxəssis olmalıdır. Maraqlı hadisələrə gəldikdə isə… çox olur. Məsələn, bir müştəri xarici modelin şəklini gətirir, ancaq saç tipi, sıxlığı, alnının forması həmin modelə uyğun deyil. Belə hallarda gözləntiləri düzgün yönləndirmək lazımdır. Bəzən də müştəri konkret bir saç düzümü istəmir, sadəcə “mənə yaraşanı et” deyir. Bu zaman məsuliyyət daha da artır – həm kreativ olmalı, həm də müştərinin xarakterinə uyğun nəticə ortaya qoymalısan.

– Sizcə, yaxşı bərbəri digərlərindən fərqləndirən nədir?

— Yaxşı bərbər ilk növbədə öz işinə ciddi yanaşmalıdır. Peşəkarlıq, dəqiqlik və gigiyena bu sahənin olmazsa-olmazıdır. Amma məncə əsas fərqləndirici cəhət müştəri ilə ünsiyyət qurmaq bacarığıdır. Bərbər bir az psixoloq, bir az stilist, bir az sənətkar olmalıdır. Müştərinin üz quruluşunu oxumağı, ona yaraşanı düzgün seçməyi, eyni zamanda onunla səmimi davranmağı bacarmalıdır. Yaxşı bərbər yalnız kəsimi ilə deyil, münasibəti, zövqü və peşəkar yanaşması ilə yadda qalır.

– Gənc bərbərlərə nə məsləhət verərdiniz?

— Ən vacibi – səbirli olmaqdır. Bu peşədə bir neçə ayda usta olmaq mümkün deyil. Davamlı öyrənmək, məşq etmək, səhvlərdən nəticə çıxarmaq lazımdır. Dünya trendlərini izləmək, beynəlxalq ustaların işlərinə baxmaq, təlimlərdə iştirak etmək mütləqdir. Eyni zamanda təmizlik, səliqə və müştəri mədəniyyəti də çox vacibdir. Bərbər yalnız əlləri ilə yox, zövqü və davranışı ilə də peşəkar olduğunu göstərməlidir.

– Gələcək planlarınız nələrdir? Öz salonunuzu açmaq kimi məqsədləriniz varmı?

—  Daha geniş xidmət spektri təklif edən, modern dizaynlı, həm kişi baxımı, həm də saç estetikasını birləşdirən bir məkan yaratmaq istəyirəm. Eyni zamanda gənc bərbərlərə təlim keçmək, onları yetişdirmək də planlarım arasındadır. Məqsədim sadəcə salon açmaq yox, bir brend yaratmaq və bu sahədə keyfiyyət standartını yüksəltməkdir.

Rəşid Muxtar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Yanvar 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri