BDU nun Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzinin direktoru Türkiyədə beynəlxalq müsabiqənin qalibi olub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (TETYM) direktoru İlyas Nəsibov Türkiyənin İstanbul şəhərində “EV Charge Show” E-Mobillik, İnnovasiya və Sahibkarlıq Müsabiqəsinin qalibi olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq “EV Charge Show 2025” konfransı bu il noyabrın 12-14-də dördüncü dəfə Türkiyənin İstanbul şəhərində təşkil olunub.
Konfransa dünyanın müxtəlif ölkələrindən olan istehsalçılar, mütəxəssislər, investorlar və startap müəllifləri qatılıb. Konfransda elektrikli nəqliyyat vasitələrinin şarj texnologiyaları, yeni nəsil şarj stansiyaları, batareya texnologiyaları, ağıllı şarj şəbəkələri, enerji saxlama və ötürmə sistemləri üzrə ən son yeniliklər təqdim olunub.
Hər il konfrans daxilində təşkil olunan “İnnovasiya və sahibkarlıq” yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startap müəllifləri ağıllı şarj texnologiyaları, IoT və süni intellektə əsaslanan sistemlər, yeni nəsil batareya və enerji depolama texnologiyaları, avtonom hərəkət texnologiyaları kateqoriyaları üzrə öz layihələrini təqdim edirlər.
BDU-nun TETYM direktorunun təqdim etdiyi “WoltGo – Nəqliyyat və enerji tələbatını eyni anda qarşılayan ağıllı platforma” layihəsi yarışmada finala vəsiqə qazanan ilk 8 layihədən biri olub. Final təqdimatından sonra layihə III yerə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 14 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















