Icma.az
close
up
RU
BDU tələbələri “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının fəaliyyəti barədə məlumatlandırılıb

BDU tələbələri “AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatının fəaliyyəti barədə məlumatlandırılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün infosessiya keçirib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “AIESEC Azərbaycan”ın həyata keçirdiyi layihələrin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BDU TGT-nin universitet tələbələrinin karyerasının formalaşmasında və sosial fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

“AIESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli tələbələrə qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesini izah edib. Bildirib ki, “AIESEC”in tələbələr üçün təqdim etdiyi xaricdə könüllülük, maaşlı təcrübə və liderlik proqramları iştirakçılara fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və qlobal şəbəkə qurmaq baxımından geniş imkanlar yaradır.

İnfosessiya interaktiv müzakirələrlə davam edib.

Qeyd edək ki, “AIESEC” dünyanın 130-dək ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see167

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see159

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri