BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi elan edir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rəqəmsal dizayn dünyasının əsas və ən güclü alətlərindən biri olan “Adobe Photoshop” proqramı hazırda qrafik dizayn, sosial media, reklam, foto redaktə və brend vizuallarının yaradılmasında əsas rol oynayır. İstər peşəkar dizayner olmaq, istərsə də öz kreativ ideyalarınızı vizuallaşdırmaq üçün “Adobe Photoshop” biliyi əvəzolunmaz bacarıqdır. “Adobe Photoshop” təlimi BDU tələbələrinə dizaynın əsas prinsiplərini, vizual kompozisiya qurmağı, foto və qrafik elementləri peşəkar şəkildə işləməyi öyrədəcək. Təlim yalnız nəzəri biliklərlə məhdudlaşmayacaq, eyni zamanda tələbələrə real layihələr və praktiki tapşırıqlar üzərində işləmək imkanı da yaradacaq.
Təlim BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən sadəcə BDU tələbələri üçün ödənişsiz olaraq təşkil olunur. Qrafik dizayn təlimi həftədə 2 dəfə, 90 dəqiqə müddətində keçiriləcək.
Müraciətər martın 1-dək davam edəcək. Martın 10 – 16-da müsahibə həftəsi təşkil olunacaq. Aprelin 1-də başlayacaq təlim 8 həftə davam edəcək.
Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:369
Bu xəbər 16 Fevral 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















