Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

BDU Türkiyədə keçirilən “Kitabxana həftəsi”ndə təmsil olunub

BDU Türkiyədə keçirilən “Kitabxana həftəsi”ndə təmsil olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Azərbaycan Milli Kitabxanası, Türkiyənin Prezident Milli Kitabxanası, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin İnformasiya və sənəd menecmenti bölmələrinin birgə təşkilatçılığı ilə Türkiyədə keçirilən 61-ci “Kitabxana həftəsi” tədbirləri çərçivəsində elmi-praktik konfrans təşkil edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirin moderatoru, Bartın Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün rəhbəri, dosent Ahmet Altay bildirib ki, Türkiyədə 1964-cü ildən başlayaraq hər il keçirilən “Kitabxana həftəsi”nin məqsədi cəmiyyətdə kitabxanaçılıq təhsilinə, kitabxana-informasiya fəaliyyətinə marağı artırmaq, bu istiqamətdə daha yaxşı nəticələr əldə etməkdir. Həftə boyu müxtəlif tədbirlər, konfranslar, kitabxanalara, sərgi salonlarına və muzeylərə ekskursiyalar təşkil edildiyini deyən Ahmet Altay qeyd edib ki, tədbir çərçivəsində nüfuzlu ictimai xadimlərlə görüşlər keçirilir, mühazirələr, ustad dərsləri dinlənilir.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı 2021-ci ildən etibarən fakültənin Türkiyədə keçirilən “Kitabxana həftəsi” tədbirlərində təşkilatçı qismində iştirak etdiyini vurğulayıb, qardaş ölkənin kitabxanaçılıq və informasiya fəaliyyəti, muzey, arxiv işi ixtisasları üzrə kadr hazırlayan universitetləri və sahə qurumları ilə əlaqələrin müntəzəm inkişaf etdirildiyini, birgə ustad dərslərinin, mühazirələrin, beynəlxalq elmi konfransların keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov rəhbəri olduğu müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Milli Kitabxananın Azərbaycanda kitabxana işinin təşkilində mühüm rol oynadığını, kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi fəaliyyət göstərdiyini vurğulayıb: “Milli Kitabxana Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirir, dünyanın 94 ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi aparır”.

Konfrans çərçivəsində Türkiyənin Prezident Milli Kitabxanasının rəhbəri Ayhan Tuğlunun BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub. Tələbələrə Prezident Milli Kitabxanasının fəaliyyət istiqamətləri, kitabxananın strukturu, sənəd dövriyyəsi, kitab fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada təşkil edilən tədbirlər, sərgilər, həyata keçirilən layihələr barədə dolğun məlumat təqdim olunub.

Ustad dərsinin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri