BDYPİ piyadalara xəbərdarlıq edib
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən həftəsonu Tovuz və Goranboy rayonları ərazisində qeydə alınan piyadavurma hadisələri hələ də yollarda təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanların sayının az olmadığını göstərir.
Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
Belə ki, Tovuzun Əyyublu kənd sakini Ə.Məmmədov, saat 21:00 radələrində idarə etdiyi “VAZ” markalı avtomobillə Bakı-Qazax yolunun 423-cü kilometrində hərəkətdə olarkən yolu keçməyə çalışan həmkəndlisi A.Əsgərovu vurub.
Həmin yolun Goran qəsəbəsindən keçən 312-ci kilometrində, yənə də sutkanın qaranlıq vaxtı - saat 19:00 radələrində Y.Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobil Goranboy rayonunun Qarasüleymanlı kənd sakini E.Yusifovu vurub.
Hərəkət intensivliyi yüksək olan avtomagistralı qanunla nəzərdə tutulmayan yerdən keçməyə çalışan hər iki piyada aldıqları xəsarətlərdən həyatlarını itirib. Faktlarla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyd-şərtsiz əməl etməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















