Icma.az
close
up
RU
Nazir müavini: Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur

Nazir müavini: Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Aqrar sektorda müasir texnologiyaların, rəqəmsallaşmanın və innovativ yanaşmaların tətbiqi peşəkar kadr hazırlığına olan tələbatı artırır. Bu baxımdan peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislərin bilik və bacarıqları kənd təsərrüfatının dəyişən ehtiyaclarına uyğunlaşdırılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Peşə Təhsili Forumunda çıxışı zamanı deyib. O bildirib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olmaqla yanaşı, məşğulluğun təmin edilməsində də mühüm rol oynayır. Məşğul əhalinin təqribən 35 faizi bu sektorda çalışır. Bu göstərici aqrar sahənin kadr təminatı və peşəkar mütəxəssislərə olan ehtiyacının miqyasını aydın göstərir.

Nazir müavini diqqətə çatdırıb ki, kənd təsərrüfatında baş verən transformasiya kadrların bilik və bacarıqlarına dair tələbləri də dəyişir. Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də imzaladığı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə yol xəritəsidir.

“Dövlət Proqramında məhsul istehsalının artırılması ilə yanaşı, məhsuldarlığın və əlavə dəyərin yüksəldilməsi, ixrac imkanlarının genişləndirilməsi, innovasiya və rəqəmsallaşmanın təşviqi, habelə insan kapitalının inkişafı əsas hədəflər kimi müəyyənləşdirilib. Müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin sahəsinin 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda, intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsi və heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması hədəflənir.

Müasir texnologiyaların və süni intellekt imkanlarının aqrar sektora tətbiqi yeni ixtisaslara və peşə bacarıqlarına ehtiyac yaradır. Buna görə də peşə təhsili müəssisələrində, xüsusilə regionlarda fəaliyyət göstərən təhsil müəssisələrində kadr hazırlığı əmək bazarının real tələbləri nəzərə alınmaqla qurulmalıdır”,- deyə nazir müavini əlavə edib. O qeyd edib ki, aqrar sahədə kadr hazırlığı yalnız məşğulluğun təmin edilməsi baxımından deyil, regionların sosial-iqtisadi inkişafı, kənd yerlərində əhalinin məşğulluğunun artırılması və sahibkarlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Peşə təhsili prosesinin real sektorla əlaqəli təşkili məzunların iş imkanlarını artırmaqla yanaşı, onların aqrar sahədə sahibkar kimi fəaliyyət göstərməsinə, yeni dəyər formalaşdırmasına şərait yarada bilər.

Müxbir – Nərmin Muradzadə

Fotoqraf – Səfiyar Məcnun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri