Icma.az
close
up
RU
Bədən quruluşuna zərər vermədən nə qədər çörək yemək olar? Həkim məsləhəti

Bədən quruluşuna zərər vermədən nə qədər çörək yemək olar? Həkim məsləhəti

Icma.az, News24 saytına istinadən bildirir.

Bir çoxu hesab edir ki, çörək həzm üçün zərərlidir və artıq çəki yığımına səbəb olur. Lakin bu, mifdən başqa bir şey deyil. Çörəyin sağlamlıq üçün bir sıra mühüm üstünlükləri var.

News24.az oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq Veronika Neudaxina danışıb.

Həkim qeyd edib ki, çörəyin mühüm üstünlüyü tərkibindəki mürəkkəb karbohidratlar sayəsində orqanizmi uzun müddət enerji ilə təmin etməsidir.

Bundan əlavə, onun sözlərinə görə, bu məhsul sinir sisteminin normal fəaliyyəti üçün lazım olan B1, B2, B6 vitaminləri, həmçinin ürək-damar sisteminin sağlamlığını və qan yaranması prosesini dəstəkləyən maqnezium və dəmirlə zəngindir.

"Çörəyin maksimum fayda verməsi üçün minimal əlavələri olan, şəkərsiz və süni dad gücləndiriciləri olmayan variantları seçmək məsləhətdir. Bu zaman bədən quruluşuna zərər vermədən gündə standart 2 dilim çörək yemək olar. Onu kəsmik, yumurta, balıq, ət və tərəvəzlərlə birlikdə yemək xüsusilə faydalıdır", - deyə endokrinoloq vurğulayıb.

Neudaxina qeyd edib ki, ən faydalı çörək dənin bütün dəyərli elementlərini - qabığını, endospermi və rüşeymi saxlayan tam buğda unundan hazırlanmış çörək hesab olunur. Onun sözlərinə görə, belə məhsul vitaminlər və uzun müddət doyuran və bağırsağın işini yaxşılaşdıran sellüloza ilə zəngindir.

"Belə çörək alarkən onun tərkibinə diqqət yetirmək lazımdır. Vacibdir ki, birinci yerdə məhz tam buğda unu göstərilsin. Bəzən istehsalçılar diqqəti cəlb etmək üçün məhsulu tam buğdalı adlandırırlar, halbuki əslində onun tərkibində əla və ya birinci növ adi ağ un üstünlük təşkil edir, tam buğda ununun payı isə cəmi bir faiz ola bilər", - deyə endokrinoloq xəbərdarlıq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Yanvar 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri