Bədənində canlı tarakan var dedilər, həqiqət isə başqa imiş FOTO
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Rentgen müayinəsi zamanı sinəsində canlı tarakan olduğu deyilən şəxsin başına gələnlər eşidənləri həm təəccübləndirib, həm də güldürüb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qəribə hadisə Keniyada yşanıb.
Belə ki, Keniya dövlət xəstəxanasında rentgen müayinəsindən keçən xəstəyə görüntülərdə sinə nahiyəsində canlı bir tarakan göründüyü bildirilib. İddialara görə, xəstəyə müalicə üçün Sinqapura getməsi tövsiyə edilib.
Daha sonra xəstə Sinqapura gedərək orada geniş müayinələrdən keçib. Nəticədə rentgendə göstərilən həşəratın xəstənin bədənində olmadığı üzə çıxıb.
Problemin Keniya xəstəxanasında istifadə edilən rentgen aparatının içərisində ilişib qalmış bir tarakandan qaynaqlandığı məlum olub.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:456
Bu xəbər 21 Fevral 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















