Bədii gimnastika üzrə 31 ci Azərbaycan çempionatı başa çatıb
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bakı Olimpiya İdman Kompleksində təşkil olunan çempionatın son günündə 2013-cü il təvəllüdlü yeniyetmələr və 2011–2012-ci il təvəllüdlü gənclər arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları baş tutub.
Final mərhələsinin nəticələrinə əsasən, yeniyetmələr arasında halqa alətində Amina Novruzova (BGM) qızıl, Sara Atakişiyeva gümüş, Güllüzar Şərifova (hər ikisi OCAQ) isə bürünc medal qazanıblar.
Top proqramında da Amina Novruzova birinci olub. Güllüzar Şərifova ikinci, Sara Atakişiyeva üçüncü yeri tutub. Gürzlərdə Güllüzar Şərifova qızıl medala sahib çıxıb. Mədinə Ağaverdiyeva gümüş, Amina Novruzova isə bürünc medal əldə edib. Lent üzrə yarışda isə Güllüzar Şərifova qalib olub, Amina Novruzova ikinci, Mədinə Ağaverdiyeva üçüncü pillədə qərarlaşıb.
Gənclər arasında halqa alətində Nur Sadıqova (RKİM) qızıl medal qazanıb. Məryəm Baloğlanova (OCAQ) gümüş, Nuray Muradlı (ZİRƏ) isə bürünc medalı aktivinə yazdırıb.
Top proqramında Nur Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nuray Muradlı ikinci, Gülnur Məmmədli (OCAQ) üçüncü nəticə göstərib. Gürzlərdə də qalib Nur Sadıqova olub. Nuray Muradlı gümüş, Məryəm Baloğlanova bürünc medala sahib çıxıb. Lent alətində isə Leyla Nemakina (OCAQ) qızıl, Gülnur Məmmədli gümüş, Məryəm Baloğlanova bürünc mükafatın sahibi olub.
Üç gün davam edən çempionat ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar. 31-ci Azərbaycan çempionatı gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm mərhələ olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:170
Bu xəbər 07 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















