BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
BƏƏ 17 iranlı məhbusu İran rəsmilərinə təhvil verib.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Ədliyyə Hakimiyyəti hüquqi, siyasi və təhlükəsizlik sahələrində aparılan danışıqlar nəticəsində BƏƏ-dəki həbsxanalarda saxlanılan 17 İran vətəndaşının ölkəyə qaytarıldığını açıqlayıb.
Məlumata görə, azad edilərək İrana qaytarılan məhbuslardan 3-ü qadın, 14-ü kişidir.
Qeyd edək ki, ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai BƏƏ tərəfindən iranlı məhbusların azad edilməsini alqışlayıb.
Bəqai bu hadisənin BMT Baş Assambleyasının iclası çərçivəsində BƏƏ tərəfi ilə aparılan danışıqların nəticəsi olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:Bakı iranlı məhbusları Tehrana təhvil verib
21 Oktyabr 2025 11:45
Trampın məktubunu Tehrana BƏƏ Prezidentinin müşaviri aparacaq
12 Mart 2025 16:56
İranın aktivləri donduruldu BƏƏ dən Tehrana zərbə
06 Mart 2026 14:05
İranlı general: Əsədin devrilməsi Tehrana böyük
09 Yanvar 2025 10:45
İranlı ekspert: “Ermənistanda hakimiyyət dəyişikliyi Tehrana ziyandır”
07 Noyabr 2025 12:14
Baxış sayı:76
Bu xəbər 05 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















