BƏƏ “Flydubai“ təyyarəsi ilə bağlı insidentin araşdırılması üçün xüsusi qrup yaradıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi ilə bağlı insidentin hallarını araşdırmaq üçün xüsusi qrup yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Nazirlikdən qeyd edilib ki, BƏƏ-nin baş prokuroru Həməd Əl-Şəmsi baş vermiş hadisənin hallarını və səbəblərini araşdırmaq üçün prokurorluğun ixtisaslaşmış əməkdaşlarından ibarət qrupun yaradılması barədə göstəriş verib.
XİN-dən vurğulanıb ki, təyyarə Əmirliklərdə qeydiyyata alındığı və dövlətin bayrağı altında olduğu üçün məhkəmə orqanları insidenti araşdırmaq yurisdiksiyasına malikdir.
Araşdırma insidentin bütün hallarını və mümkün motivlərini, o cümlədən terror fəaliyyəti və ya niyyətləri ilə mümkün əlaqəsini əhatə edəcək.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi pilotların kabinədəki davasından sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanında təcili eniş edib. Onlardan biri bıçaq yarası alıb, bundan sonra ikincisi təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Digər heyət üzvləri və sərnişinlər vəziyyətə müdaxilə ediblər.
"Flydubai" insidentin araşdırılması başa çatana qədər İsrailə uçuşları dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 01 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















