BƏƏ İranla ticarət əlaqələrini dayandırdı Gərginlik artır
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb.
Modern.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada İranla “bütün ticarət, kommersiya və maliyyə əməliyyatlarının dayandırıldığı” bildirilib.
Qərarın regionda və beynəlxalq miqyasda sülh və təhlükəsizliyə təhdid yaradan eskalasiya ilə əlaqədar qəbul edildiyi açıqlanıb.
BƏƏ Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Afraa əl-Hamli bildirib ki, qərar “regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən eskalasiya” fonunda verilib.
Onun sözlərinə görə, BƏƏ beynəlxalq hüquq və beynəlxalq standartlara uyğun olaraq beynəlxalq maliyyə sisteminin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə davam edəcək. Qərar bölgədə İranla bağlı hərbi gərginliyin artdığı bir vaxtda qəbul edilib. Avqustun 18-də BƏƏ Müdafiə Nazirliyi İran ərazisindən ölkə istiqamətində iki raketin buraxıldığını açıqlamışdı.
Nazirliyin məlumatına görə, raketlərdən biri BƏƏ-nin ərazi sularından kənara düşüb, digəri isə ölkənin ərazi sularında yerə düşüb. Hadisədən sonra BƏƏ-nin hərbi qurumu istənilən təhdidə cavab verməyə tam hazır olduğunu bəyan edib.
Müdafiə Nazirliyi ölkənin təhlükəsizliyini, sabitliyini və suverenliyini qorumaq üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb.
Beləliklə, İran ərazisindən atıldığı bildirilən raketlərlə bağlı insidentdən sonra BƏƏ Tehranla iqtisadi münasibətlərə də sərt məhdudiyyət tətbiq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 19 Avqust 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















