Icma.az
close
up
RU
BƏƏ mediası: Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə daha bir töhfədir

BƏƏ mediası: Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə daha bir töhfədir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri, onun Prezident İlham Əliyevlə görüşü və Şuşa şəhərində keçirilən tədbirlər bu ölkənin media orqanlarının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, WAM rəsmi informasiya agentliyi, “Emarat Al Youm”, “Sharjah24”, “Alkhaleej”, “Nabd Khalij” və digər qəzet və portallar dövlət başçılarının təkbətək görüşü, Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxması haqqında materiallar dərc edib. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb.

BƏƏ mediası BƏƏ Prezidentinin Milli Xalça Muzeyinin Şuşa filialında olması, Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq barədə də xəbərlər dərc edib. Qeyd olunub ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

Materiallarda vurğulanır ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana növbəti səfəri iki dost ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində atılan daha bir addımdır.

WAM informasiya agentliyi dövlət başçılarının Cıdır düzündə Qarabağ atlarının şousunu izləməsi barədə videomaterial yayımlayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısına “Ərgünəş” adlı Qarabağ atını hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri