Icma.az
close
up
RU
“Bu əlamətlər varsa, uşaqlarınızı ginekoloji müayinədən keçirin” Video

“Bu əlamətlər varsa, uşaqlarınızı ginekoloji müayinədən keçirin” Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ginekoloji xəstəliklərin çoxunun bünövrəsi uşaq yaşlarından qoyulur. Uşaq ginekologiyası ilə bağlı vaxtında məlumatlı olmaq isə gələcəyin sağlam qadını deməkdir. Elə həmin səbəbdən də bu sahədə müayinə, müalicə və əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına təminata alınıb.

“Qafqazinfo”nun mövzu ilə bağlı suallarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin məsləhətçisi, həkim mama-ginekoloq Arzu Mahmudova cavablandırıb.

- Uşaq ginekologiyası yeni sahədir və bizdə bu sahəyə diqqətin ayrılmasına son illərdə başlanılıb. İstərdik, əvvəlcə uşaq ginekologiyası haqqında məlumat verəsiniz.

- Qız uşaqlarının ilk ginekoloji müayinəsi doğum zalında aparılır. Xarici cinsiyyət üzvləri, süd vəziləri müayinə edilir, hansısa dəyişikliklər aşkarlanarsa, uşaq cərrahlarına və ya ginekoloqlara yönləndirilir.

İkinci dövr 2-12 yaş aralığında olan müayinələrdir. Bu dövrdə rutin olaraq müayinə aparılmır, yalnız uşaq cərrahı və ya pediatrın müayinəsi zamanı ginekoloji dəyişikliklər aşkarlanarsa, o halda ginekoloji müayinəyə yönləndirilirlər. Amma uşaqların ginekoloji müayinələri böyüklərdən fərqlənir. Belə ki, mama-ginekoloq uşağın başa düşəcəyi dildə onunla ünsiyyətə girməlidir. Sırf ginekoloji müayinə deyil, bütün sistemlərin əlaqəli şəkildə müayinəsi aparılmalı, boy artımı, süd vəzilərinin inkişafına da diqqət yetirilməlidir. Lazım gələrsə, uşaq yaşlarına uyğun ginekoloji alətlərdən də istifadə oluna bilər.

Üçüncü dövr isə yeniyetməlik – 13-19 yaş aralığı dövrüdür. Bu dövrdə təkcə şikayətlər deyil, rutin olaraq müayinələr aparılır. Keçid dövrü olduğu üçün də profilaktik olaraq həkimə müraciət oluna bilər.

- Valideynlər bununla bağlı nəyi bilməlidirlər? Uşaqlarda hansı əlamətlər olduqda ginekoloqa müraciət olunmalıdır?

- Yenidoğulmuşlarda bəzən uşaqlıq yolunda qanlı ifrazat ola bilər. Bu, adətən, anadankeçmə hormonal problemlərlə bağlı olur və doğum evində aşkarlanır. Bəzən də süd vəzilərində böyümə və ya yumurtalıqda kista aşkarlana bilər. Bunlaradətən öz-özünə sovrulub gedir.

Daha çox 2-12 yaş aralığındakı dövrlə bağlı danışmaq istəyirəm. Bu dövrdə uşaqlıq yolundan ifrazat gəlirsə, qarın nahiyəsində ağrılar və ya ələ gələn hər hansı törəmələr, uşaqlarda vaxtından əvvəl cinsi yetişkənlik varsa, ginekoloqa müraciət olunmalıdır. 8 yaşından öncə uşaqlarda süd vəzilərinin böyüməsi, tüklənmə, boyun sürətlə uzanması və ilk adətin olması ilə bağlı şikayətlər erkən cinsi yetişkənlik əlamətləridir. Bu hallarda ginekoloji müayinə üçün müraciət edilməlidir.

- Uşaqlarda hansı ginekoloji xəstəliklər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb?

- İstər müayinə metodları, istərsə də göstəriş olarsa, əməliyyatların bir çoxu Xidmətlər Zərfinə daxildir. Qısaca xəstəliklər, o cümlədən vulva vaginitlər haqqında danışa bilərik. Bu xəstəlik zamanı törədicinin aşkarlanması, uşaqlıq yolu girişindən yaxmanın götürülməsi, əkilməsi Xidmətlər Zərfinə daxildir. Qarında bəzən kistik və solid törəmələr olur ki, bunların ultrasəs, MRT və KT müayinəsi icbari tibbi sığorta hesabına qarşılanır. Bəzi yumurtalıq törəmələrində qanda biomarkerlərin artması müşahidə olunur. Bu müayinələrin hər biri, o cümlədən əməliyyat qərarı verilərsə də, istər açıq, istərsə də, laparoskopik üsulla əməliyyatlar Xidmətlər Zərfinə daxildir. Uşaqlarda bu problemlərin aşkarlanması üçün lazım olan hormonal müayinələr də sığorta hesabına həyata keçirilir.

- Bəs uşaq ginekologiyasında hansı müasir müalicə metodlarından istifadə olunur?

- Əvvəllər yumurtalıq törəmələri zamanı daha çox ooforektomiyaya üz tutulurdusa - yumurtalıqlar çıxarılırdısa, hazırda mümkün olduğu qədər yumurtalıqların qorunub saxlanılması çox önəmlidir. Orqanqoruyucu əməliyyatlar həyata keçirilir, yəni yumurtalıq toxumasına zərər vermədən sadəcə kistin çıxarılması yönündən əməliyyatların keçirilməsi hədəflənir. Bu əməliyyatların laparoskopik yolla icrası Xidmətlər Zərfinə daxildir.

- Qız uşaqlarının sağlamlığını qorumaq üçün nə etməliyik?

- Gigiyena qaydalarına əməl olunmalıdır. İlıq su ilə gündə bir dəfə genital orqan yuyulmalı, rəngləndirici, parfüm qatılmış sabunlardan istifadə olunmamalı, sabun istifadəsi minimuma endirilməlidir. Pambıq tərkibli alt paltarlarından istifadə edilməli, alt paltarının nəmli şəkildə qalmasına qəti şəkildə yol verilməməlidir. Bundan başqa, uşaqlara işlənmiş qidalar, karbohidratlar, ağ şəkər az verilməli, qida rasionuna meyvə-tərəvəzlər, proteinlər daxil edilməli, uşaqlar kalsium, D vitamini ilə zəngin məhsullarla qidalanmalıdırlar. Gündə bir saat fiziki aktivlik olmalıdır. Yuxu rejimi də çox vacibdir.

2-12 yaş aralığında uşaqların yuxu saatı 8-10 saat olmalıdır. Yatmazdan 2 saat əvvəl telefon, televizordan uzaq durulmalıdır. 2 yaşa qədər uşaqlar, ümumiyyətlə, mavi ekran görməməlidir. 2-5 yaş arası 1 saatdan az, 5-12 yaş arası isə 2 saatdan az olaraq baxa bilər. Bu, gələcəkdə həmin uşaqlarda insulin dirəncinin yaranmasına, eləcə də bu ehtimalın artmasına, yuxu rejimi və hormonal balansın pozulmasına, hərəkətsizliyə səbəb ola bilər. Ona görə də uşaqlarda sağlam yaşam çox vacibdir, immun sistemi aşağı düşməməlidir.

- Bir çox hallarda uşaqlar hansısa ginekoloji problemləri olduqda onu analarına deməyə utanırlar. Bəzən isə valideynlər mentalitetlə bağlı müəyyən səbəblərdən uşaqlarını ginekoloqa aparmaqdan çəkinirlər. Bu kimi halların olmaması üçün hansısa maarifləndirmə tədbirləri görülürmü?

- Uşağın ən çox ünsiyyətdə olduğu həkimlər pediatrlardır. Buna pediatrın müayinəsi ilə başlamaq lazımdır, həmin həkim tərəfindən anaya məlumat verilməlidir. Burada əsas iş ilk növbədə pediatrların üzərinə düşür.

Gülnar Əliyeva

Foto-video: Pərvin Zeynal

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2026 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri