Bəhlul Mustafazadə: Qalib gəlməli olduğumuz matç idi AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 16 noyabr, AZƏRTAC
"Meydanda üstün tərəf biz idik. Sadəcə, şanslardan yararlana bilmədik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə UEFA Millətlər Liqasının V turunda Qəbələdə Estoniya yığması ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, nəticəyə görə məyus olduğunu bildirib: “Qalib gəlməli olduğumuz matç idi. Komanda olaraq məyusuq. Önəmli olan hazırkı vəziyyəti düzəltməkdir. Çox çalışmaq lazımdır. Avropaya uyğunlaşmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi qrupda son görüşünü noyabrın 19-da səfərdə İsveç seçməsinə qarşı keçirəcək.

Bəhlul Mustafazadə: Qalib gəlməli olduğumuz matç idi
16 Noyabr 2024 21:53
Macarıstana qalib gəlmək mümkündür Bəhlul Mustafazadə
09 İyun 2025 16:50
Bəhlul Mustafazadə: Yaxşı oyunla qalib gəlmək mümkündür
09 İyun 2025 16:40
“İnanıram ki, Haiti millisinə qalib gələcəyik” Bəhlul Mustafazadə
21 Mart 2025 17:09
Qurban Qurbanovdan Bəhlul Mustafazadə açıqlaması
04 May 2025 22:08

