Icma.az
close
up
RU
Bəhreyn qəzeti: “Azərbaycanın Qələbəsi: Anım Günündən yenidənqurma və sülhə doğru”

Bəhreyn qəzeti: “Azərbaycanın Qələbəsi: Anım Günündən yenidənqurma və sülhə doğru”

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 28 sentyabr, AZƏRTAC

Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanında və Bəhreyndəki səfiri Şahin Abdullayevin “Azərbaycanın Qələbəsi: Anım Günündən yenidənqurma və sülhə doğru” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci il sentyabrın 27-nin Azərbaycanın tarixində dönüş nöqtəsi olduğu bildirilir. Qeyd olunur ki, həmin gün başlayan 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyü bərpa edilib və Ermənistanın uzun illər davam edən işğal siyasətinə son qoyulub.

Məqalədə vurğulanır ki, bu müharibə təkcə hərbi əməliyyat deyil, həm də xalqın birliyinin, dövlətin gücünün və beynəlxalq hüquqa əsaslanan haqqın təntənəsi idi. Azərbaycan Ordusu qısa müddətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçının böyük hissəsini, Hadrut qəsəbəsini və digər strateji əraziləri azad edib. Şuşanın azad olunması isə həm strateji, həm də mənəvi baxımdan müharibənin zirvəsi olub. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur qalıb və 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla müharibə sona çatıb. Prezident İlham Əliyev bu Qələbəni xalqın iradəsi və dövlətin gücünün simvolu adlandırıb.

Ş.Abdullayev yazısında qazanılan Qələbənin bölgədə yeni siyasi və hərbi reallıqlar yaratdığını, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatları ilə Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirildiyini və ölkənin suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Bundan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh təşəbbüsləri irəli sürüb. 2022-ci ildən başlayan danışıqlar 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan Birgə Bəyannamə ilə nəticələnib. Bu sənəd Cənubi Qafqazda davamlı sülhün əsasını qoyub və Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilib.

Müəllif qeyd edir ki, müharibədən sonrakı dövrdə ölkənin əsas hədəflərindən biri Böyük Qayıdışın reallaşması idi. Məcburi köçkünlərin ata-baba torpaqlarına geri qayıtması üçün genişmiqyaslı layihələr həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzurda yollar, hava limanları, “ağıllı” şəhərlər və kəndlər, iqtisadi zonalar salınır. Artıq on minlərlə insan doğma yurdlarına dönərək yaşayış, iş və təhsil imkanları əldə edib. Bu, təkcə humanitar deyil, həm də sosial-iqtisadi baxımdan əhəmiyyətli bir prosesdir.

Məqalədə Azərbaycanın iqtisadi inkişaf strategiyasının azad olunmuş ərazilərin dirçəldilməsi ilə sıx bağlı olduğu, o cümlədən qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye və turizm sahələrində yeni təşəbbüslərin reallaşdırılması barədə fikirlər öz əksini tapıb.

Müəllif enerji sahəsində də mühüm addımların atıldığını, 2030-cu ilə qədər ölkə enerjisinin 40 faizinin bərpaolunan mənbələrdən təmin ediləcəyini və hazırda Azərbaycanın 14 ölkəyə təbii qaz ixrac etdiyini və qlobal enerji təhlükəsizliyində önəmli rol oynadığını oxucuların diqqətinə çatdırıb.

Səfir nəqliyyat və logistika sahəsində də böyük layihələr həyata keçirilməsinin, Orta Dəhlizin, Zəngəzur dəhlizinin, Bakı Beynəlxalq Dəniz Limanının və Ələt Azad İqtisadi Zonasının imkanlarının Azərbaycanın qlobal ticarət sisteminə inteqrasiyasını daha da gücləndirdiyini qeyd edib. Bildirib ki, ölkəmiz beynəlxalq əməkdaşlığa hər zaman açıq olub, sülhün yalnız dialoq və tərəfdaşlıqla mümkün olduğuna inanıb. Prezident İlham Əliyevin strateji liderliyi nəticəsində Azərbaycan həm hərbi Qələbə, həm də diplomatik uğur qazanıb, regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaradılıb.

Məqalənin sonunda diqqətə çatdırılır ki, 27 Sentyabr Azərbaycan xalqı üçün təkcə şəhidlərə ehtiram günü deyil, həm də gələcəyə inamla baxmaq, dövlətin gücünü möhkəmləndirmək və sülh naminə çalışma günüdür. Qələbə, Böyük Qayıdış və iqtisadi inkişaf sabitlik və rifah yolunda Azərbaycanın əsas dayaqlarıdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri