Icma.az
close
up
RU
Anım Günündən Zəfərə…

Anım Günündən Zəfərə…

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Anım günləri göz yaşı axıtmaq, qəm-qüssəyə qərq olmaq üçün deyil, bir oyanışdır, başlanğıcdır. Tarix boyu xalqlar acı günlərini boşuna xatırlamayıb, itkilərini əbəs yerə anmayıb. Bunun bir səbəbi var: faciəni unutmursan, amma ondan dərs alırsan, möhkəmlənirsən, qisasını alıb qalib kimi yoluna davam edirsən.

Bu gün Azərbaycan xalqı 27 sentyabrı ümummilli hüzn günü kimi yad edir. Beş il əvvəl dövlətimizin lideri, Ordumuzun Ali Baş Komandanı qisası, 30 illik kağız üzərində qalan ədalətin gerçəyə çevrilməsini əmr etdi. Müharibə qərarını vermək asan deyil. Savaş əmri bəlkə də döyüşməyin özündən də ağırdır: çətin, məsuliyyətli və mənəvi cəhətdən sarsıdıcı. Minlərlə Vətən övladını ölümün gözünə göndərmək sadəcə hərbi addım deyil, həm də talelərin, ailələrin, körpə balaların yükünü çiyinlərə götürməkdir.

Amma o gün verilən əmr xalqı bir yumruq kimi birləşdirdi. Mən Azərbaycan xalqını 44 gün ərzindəki kimi birləşmiş, bir ürək, bir nəfəs olmuş halda görməmişdim, bəlkə də bir daha görməyəcəyəm. Müharibənin nə demək olduğunu biz yaxşı bilirik. 1994-cü ildə onun ən acı üzünü öz ocağında yaşayan ailələrdənik. Atamın şəhid xəbərini eşidəndə qulaqlarımı bürüyən uğultu indi də yadımdadır. Sonralar hər dəfə yeni şəhid xəbəri gələndə həmin uğultu bir anlıq yenidən qayıdır…

Amma xalq bu ağrını da dik duruşla, qürurla qarşıladı. Çünki biz bilirdik: zəfər itkisiz olmaz. Necə deyirlər: “Qarabağ onlar üçün torpaqdır, bizim üçün Vətəndir.” Vətən isə hər şeydir: anadır, atadır, ailədir, sevgilidir, övladdır…

Beş ildə inanılmaz hadisələr baş verdi. Qələbədən sonra Azərbaycan ərazi bütövlüyünü tam bərqərar etdi. İndi Xankəndidən boylanan bayrağımız Şuşadan dalğalanan bayrağımıza salam göndərir. Qarabağ bu gün dünyanın böyük dövlətlərinin görüş yerinə çevrilib.

Amma unutmayaq: bugünkü qürur, qalibiyyət, rahatlıq göydən düşməyib. Onun kökü Birinci Qarabağ savaşına dayanır. Azərbaycanın zəfər ağacı şəhid qanı ilə suvarıldığı üçün kökləri bu torpağın ən dərin qatlarına işləyib. Elə bir güc yoxdur ki, o ağacı kökündən qopara bilsin.

İllər, əsrlər ötəcək, biz – şəhidlərin övladları, onların şahidləri – bu dünyadan köçəcəyik. Amma Azərbaycan xalqı şəhid verən bir millət kimi tarixin yaddaşında əbədi qalacaq. Ona görə də qələbəni qürurla yad etməzdən öncə Anım Gününü xatırlamalıyıq. Çünki zəfərə gedən yol Anım Günündən başlayır.

Zaur Əhməd


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Sentyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri