Icma.az
close
up
RU
Bel ölçünüz bu həddi keçirsə, risk var ATU nun şöbə müdiri

Bel ölçünüz bu həddi keçirsə, risk var ATU nun şöbə müdiri

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnsulin dirənci son vaxtlar çox dəbdə olan bir anlayışdır. Bu yaxınlarda bir xanım pasient mənə yaxınlaşıb və mən ondan soruşanda ki, sizi nə narahat edir, o dedi ki, məni insulin dirənci narahat edir. Artıq ətrafında, çevrəsində eşitdiyini, bildiyini hər kəs özündə axtarır. Bu da haradasa sevindirici faktdır ki, insanlar nəyisə düşünüb tədbirli olmağa başlayır. Piylənmə varsa, kişilərdə bel çevrəsinin 94 santimetrdən, qadınlarda isə 80 santimetrdən çox olması müşahidə olunursa, o zaman laborator analizlər olmadan biz təsdiq edə bilərik ki, bunun insulin dirənci vardır".

Redaktor.az xəbər verir ki, bunu Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı ATU Tədris Terapevtik Klinikasının Şəkərli Diabet şöbəsinin müdiri, həkim-endokrinoloq Sevil Mustafayeva dedi.

Onun sözlərinə görə, müraciət edən xəstələrin əksəriyyətinin sualı budur:

"“Doktor, məndə hormonal pozulma varmı? Mən hormonların disbalansına görə arıqlaya bilmirəm, nədən mən çəki ata bilmirəm?” deyərək və yaxud hansısa hormonal problemi olan və onun üçün mütəmadi müalicə alan xəstələrimizin sualı olur. “Bəlkə mənim müalicəm yetərli deyildi? Bəlkə nəyisə gözdən qaçırıram?” deyirlər. Biz endokrinoloqlar üçün mühüm endokrin hormonlarımızın, vəzilərimizin hipofiz vəzi, qalxanabənzər vəzi, paratiroid, böyrəküstü vəzilər, yumurtalıqlar, testislər rutin olaraq kontrolda saxladığımız göstəricilərdir. “Bunlar yetərlidirmi?” sualına irəlidə cavab verməyə çalışacağam. Təbii ki, hormonlar bizim iştahımızı, qida seçimini, qida porsiyalarının həcmini hamısını idarə edir. Və sosial şəbəkələrdə çox vaxt paylaşımlar zamanı artıq çəki ilə əlaqədar şərhlərdə yazılan sözlər, yəni Əhməd Hocanın sözünə qüvvət olaraq “yeməyi yeməyin, ağzınızı bağlayın və arıqlayın, idmanla məşğul olun, arıqlayın” çox rahat söylənilsə də, əslində bu belə deyil.

Piylənmənin çox təsir faktorları var. İlk öncə enerji sərfiyyatıdır ki, istifadə etdiyimiz qidanın sərfiyyatı ilə bərabər deyildir. Düşünsək ki, 60-70 il əvvəl insanlar bizdən daha aktiv olublarmı? Onlar daim idman zallarında vaxt keçiriblərmi? Xeyr. Amma illər öncə bu qədər qida çeşidləri olmayıb. Bu qədər çeşid genişliyi və xüsusən də karbohidrat tərkibli qidaların müxtəlifliyi olmayıb, nə qədər ki, indi bizim əlimizdə var. Ətraf mühitin təsiri çox önəmli bir təsirdir. Mənim kişi pasientlərimin gileyləndiyi məsələ budur ki, işdən sonrakı zamanı biz restoranlarda, yeməkxanalarda keçirmək məcburiyyətindəyik, iş görüşmələri gecə saatlarında olur, çox kalorili qida qəbulu zamanı mühüm hansısa problemlərin, məsələlərin həlli məhz o yeməklər zamanı baş verir. Və təbii ki, spirtli içkilər bu masalarda qaçılmazdır".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri