Icma.az
close
up
RU
Belarusda demokratik islahatlar mümkündürmü? ŞƏRH

Belarusda demokratik islahatlar mümkündürmü? ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Trampla Belarusun avtoritar lideri Lukaşenkonun telefon danışığından sonra siyasi məhbusların kütləvi azadlığa buraxılması bu ölkəni yenidən dünyanın diqqətinə gətirib.
Sirr deyil ki, Belarusda sərt avtoritar sistem hökm sürür.

İndiyədək bütün seçkilər saxtalaşdırılıb, müstəqil media və QHT-lər məhv edilib, yüzlərlə siyasi məhbus var. Bu səbəbdən də, bir çox Qərb dövlətləri (Aİ, ABŞ) 2020-ci il seçkilərindən sonra Lukaşenkonun legitimliyini tanımır.

2020-ci ildəki etirazlardan sonra Lukaşenko Belarusda idarəçiliyi kəskin avtoritarlaşdırmaq məcburiyyəti qarşısında qaldı və bunu etdi. Etirazların sərt formada yatırılmasından sonra da, cəmiyyətdə müxalif düşüncəli insanlara qarşı genişmiqyaslı təqiblər başladı. Son 5 il ərzində bu proses davam edir və Lukaşenkonun istər daxili, istərsə də xarici siyasəti göstərirdi ki, heç bir yumşalma gözlənilmir.

Tramp prezident olandan sonra, onun avtoritar liderlərə yumşaq münasibəti səbəbindən Ağ Ev və Lukaşenko arasında komunikasiyalar başladı və bu komunikasiyalar ilk bəhrəsini 2025-ci ilin iyun ayında verdi: Lukaşenko 14 siyasi məhbusu azadlığa buraxdı(o cümlədən məşhur Sergey Tixanovskini).

Növbəti nəticələri biz sentyabrda gördük, 52 siyasi məhbus azadlığa buraxıldı.

Son 5 ildə ilk belə hadisədir və bu hadisə çox ciddi suallar ətrafında düşünməyə vadar edir. Siyasi məhbusların azad edilməsi siyadi mesajdırmı?
Mesajdırsa, nəyin mesajıdır və ya nəyin siqnalıdır?
Çox vacib və aktual suallardır.

İlk növbədə insani faktoru qeyd edək, təbii ki, siyasi məhbusların azadlığa qovuşması onlar və onların ailələri üçün çox müsbət hadisədir. Bu aydındır.

Diplomatik baxımdan – bu, ABŞ-a qarşı xoşniyyətli jestdir və Lukaşenkonun sanksiya təzyiqini yumşaltmaq, dialoqa hazır olduğunu göstərmək cəhdidir.

Amma belə addımlar repressiyaların institusional əsaslarına toxunmur: “ekstremizm” haqqında qanunlar, güc strukturları, siyasi motivli qərarlar çıxaran məhkəmələr yerində qalır.

Siyasi məhbusların azad edilməsi demokratik islahatlara siqnal ola bilərmi?

“Lehinə” arqumentlər:

ABŞ-la təmaslar yeni stimullar yarada bilər, rejim göstərir ki, xarici dividendlərə görə güzəştə getməyə hazırdır.

Dəqiq şərtlər olduqda (misal üçün “bütün siyasi məhbusların azad olunması + repressiv qanunların ləğvi əvəzində iqtisadi yardım”) ilk liberallaşma addımları mümkün ola bilər və buna oxşar praktika artıq olub, misal üçün keçmişdə Belarusda qismən yumşalma dövrləri olub, məsələn, 2010-2014-cü illərdə Aİ ilə yaxınlaşmaq üçün bəzi vicdan məhbusları azad olunmuşdu və cəmiyyətdə müəyyən siyasi açılım hiss olunurdu.

“Əleyhinə” arqumentlər:

Lukaşenko siyasi məhbuslardan dəyiş-düyüş vasitəsi kimi istifadə edir – bir qismini azad edir, amma hər an yenilərini həbs edə bilər.

Həqiqi demokratikləşmə elitaların parçalanmasını və ya güc strukturlarının zəifləməsini tələb edərdi -hələ ki, belə bir şey görünmür.

Rusiyanın dəstəyi əsas amil olaraq qalır: Moskva rejimə iqtisadi və hərbi təminat verir, bu da Qərbin təzyiqini azaldır.

Chatham House və Atlantic Councilin aparıcı politoloqları hesab edirlər ki, bu, taktiki manevrdir, strateji kurs dəyişikliyi deyil və demokratikləşmə yalnız xarici təzyiq və daxili dəyişikliklərin birləşməsi ilə mümkündür.

Qərbli diplomatlar isə prosesə ehtiyatlı optimizm ilə yanaşırlar, deyirlər ki, dialoq önəmlidir, amma güzəştlər real qanun və institut dəyişiklikləri ilə bağlı olmalıdır.

Kamran Cəfərov
Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri