Belarusdan Rusiya ilə bağlı Xəbərdarlıq
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç belarusluları Rusiyanın sərhəd bölgələrinə səyahət etməkdən çəkinməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
"Belarus prezidenti dəfələrlə çıxış edərək deyib: Əziz belaruslular, xahiş edirəm bu gün Rusiyaya, xüsusən də sərhəd bölgələrinə səyahət etməkdən çəkinin. Əziz həmvətənlər, xahiş edirəm bu gün səyahət etməkdən çəkinin. Özünüzü, yaxınlarınızı və sizinlə birlikdə səyahət edənləri riskə atırsınız. Xüsusi hərbi əməliyyat bitənə qədər heç kim bu cür səfərlərdə təhlükəsizliyinizə zəmanət verə bilməz", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Ukrayna PUA-nın Minsk-Anapa marşrutu üzrə hərəkət edən turist avtobusuna zərbə endirməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 İyul 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















