Belaruslu jurnalist: Azərbaycan III MDB Oyunlarına yüksək səviyyədə hazırlaşıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Göygöl, 29 sentyabr, AZƏRTAC
Azərbaycan MBD Oyunlarının keçirilməsi estafetini mənim doğma vətənim Belarusdan qəbul edib. Ölkənizə bu möhtəşəm idman tədbirinin təşkili ilə bağlı uğurlar, bol enerji və ən xoş arzularımı çatdırmaq istərdim. Arzu edirəm ki, bu multi-idman yarışından təşkilatçılar, könüllülər və idmançılar zövq alsınlar. Hər şey problemsiz keçsin
Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarını izləməyə gələn belaruslu jurnalist Kristina Kamyişi deyib.
Belarus Respublikasının Milli Dövlət Teleradio Şirkətinin əməkdaşının sözlərinə görə, burada hər şey yüksək səviyyədə təşkil olunub: "Mən artıq bazar günü keçirilmiş açılış mərasimində iştirak etmişəm. Bununla yanaşı, Göygöl, Qəbələ və əlbəttə ki, Gəncə şəhərlərini də ziyarət etmişəm. Hazırda hər şey çox yüksək səviyyədə təşkil olunub. Bizi çox səmimi qarşılayırlar və diqqətlə yanaşırlar. Ümid edirəm ki, bu ruh və gözəl atmosfer oyunların sonuna qədər davam edəcək".
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 29 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















