Icma.az
close
up
RU
“Belarusu müharibəyə sürükləməyin...”

“Belarusu müharibəyə sürükləməyin...”

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lukaşenko "The Wall Street Journal" nəşrinin Boris Qrızlovun rejimi münaqişəyə cəlb etməkdəki rolu barədə məlumatını təsdiqlədi.

...Lukaşenko ölkəsinin Ukraynaya qarşı hərbi əməliyyatlara qoşulmaq istəmədiyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus rəhbəri bunu Rusiya səfiri Boris Qrızlov və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşündə bildirib və ilk dəfə olaraq Kremlin Qrızlov vasitəsilə Belarusu münaqişədə daha fəal iştirak etməyə inandırmağa çalışdığını açıq şəkildə etiraf edib.

...Müharibəyə qarışmağa ehtiyac yoxdur. Boris Vyaçeslavoviçin bizi müharibəyə cəlb etmək üçün bir proses təşkil etdiyinə bizi inandırmağa ehtiyac yoxdur, - deyə Qrızlova müraciət edən Lukaşenko bildirib.

Belarus dövlət agentliyi BelTA bu sözlərin səfirə ünvanlandığını, TASS-ın rus təbliğatçılarının isə öz hesabatlarında bu ifadəni qulaqardına vurduğunu aydınlaşdırıb.

Lukaşenko əlavə edib ki, bu məsələni Vladimir Putinlə dəfələrlə müzakirə edib və ona təkrarlayıb: Belaruslular ukraynalılarla döyüşmək istəmirlər.

Eyni zamanda, o, Moskva vilayəti də daxil olmaqla, Rusiya bölgələrinə iqtisadiyyat və təhlükəsizlik sahəsində kömək etməyə hazır olduğunu bildirərək imtinanı yumşaldıb.

... "The Wall Street Journal" nəşrinin əvvəllər xəbər verdiyi kimi, Belarus Silahlı Qüvvələrin neft emalı zavodlarına hücumları nəticəsində yaranan kəsir fonunda Rusiyanı artıq benzin və neft məhsulları ilə təchiz edir.

"The Wall Street Journal", keçmiş və hazırkı Rusiya və Avropa rəsmilərinə istinadən, Moskvanın Minskə təzyiqi barədə də yazıb: nəşrin məlumatına görə, ilin əvvəlindən Rusiya Belarus ərazisindən Ukraynaya zərbələr endirmək və NATO ölkələrinə qarşı hibrid əməliyyatlar aparmaq üçün istifadə etməyə çalışıb və maliyyə dəstəyini dayandırmaqla hədələyib.

Mənbələrə görə, danışıqlar əsasən Qrızlov tərəfindən aparılır. Fransa prezidenti Emmanuel Makron may ayında Lukaşenkoya zəng edərək onu müharibəyə qoşulmamaq barədə xəbərdar edib.

İyunun 19-da Vladimir Zelenski Lukaşenkoya Ukrayna şəhərlərinə zərbələri korrektə edən Rusiya retranslyatorlarını sökmək üçün bir həftə vaxt verib və tələb yerinə yetirilmədiyi təqdirdə bunu özü edəcəyi ilə hədələyib.

İyunun 24-də Zelenski bu retranslyatorların 22 iyundan bəri işləmədiyini açıqlayıb.

Rusiya Federasiyası prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov da öz növbəsində Kiyevin tələbini "aqressiv təhdid" adlandırıb və Putinlə Lukaşenko arasında tez bir zamanda söhbət vəd edib.

...Daha əvvəl, 16 iyunda Lukaşenko Zelenskidən sərt açıqlamalarına görə üzr istəmiş və Belarusun müharibəyə getmək istəmədiyinə əminlik vermişdi. Zelenski həmçinin Rusiya Federasiyasının sənədlərində "SVO-nun tapşırıqları kontekstində" təsvir edilən Belarusda tikilən hərbi infrastrukturun mövcudluğuna diqqət çəkmiş və Minskə "lazımi siqnallar" göndərəcəyinə söz vermişdi.

Təzyiqə baxmayaraq, "The Wall Street Journal" mənbələri qeyd edir ki, Belarusun hərbi əməliyyatlar üçün dərhal istifadəsinə dair heç bir əlamət yoxdur, baxmayaraq ki, belə bir ehtimal qüvvədə qalır.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 İyun 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri