Belarusun idman nazirinin müavini: “Gəncəyə gələndə nostalji hisslər keçirdim”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belarusun idman nazirinin müavini Aleksandr Baraula Gəncədə nostaljik hisslər yaşayıb.
İdman.biz “Report”a istinadən xəbər verir ki, bunu Aleksandr Baraula özü jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda təşkil olunan III MDB Oyunları barədə danışıb: “Gəncəyə gələndə nostalji hisslər keçirdim. Çünki 2 il əvvəl Belarus MDB Oyunlarına ev sahibliyi edəndə 11 şəhərdə keçirilmişdi və mənə ölkəmi xatırlatdı. Yarışın Azərbaycanın 7 şəhərində baş tutması sevindirici haldır. Digər şəhərlərdə idman həyəcanını yaşatmaq çox yaxşı fikirdir. Azərbaycan çox qonaqpərvər ölkədir. Bizi burda böyük hörmətlə qarşıladılar. Yarışlar yüksək səviyyədə təşkil olunub”.
O, Belarus idmançılarının Azərbaycana yaxşı nəticələr qaznamaq üçün gəldiyini söyləyib: “İdmançılarımız burada mübarizə aparmaqdan məmnundurlar. Onlar yüksək səviyyəli idman zallarında yarışmağı xoşlayırlar. İdmançılar Gəncənin və digər şəhərlərin mədəniyyətini çox bəyənirlər. Bu, bir fürsət idi ki, Azərbaycanı daha yaxından tanıyaq. Qarşılaşmalar zamanı rəqabətlər yüksək dərəcədədir”.
Baxış sayı:81
Bu xəbər 01 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















