Icma.az
close
up
RU
Belarusun ölkəmizdəki səfiri: Biz yeni birgə layihələri reallaşdırırıq

Belarusun ölkəmizdəki səfiri: Biz yeni birgə layihələri reallaşdırırıq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

“İqtisadi-ticarət əlaqələri Belarus ilə Azərbaycan arasındakı münasibətlərin əsas istiqamətini təşkil edir. Dövlətlərimiz ticarətin qarşılıqlı faydalı olması istiqamətinə yönəliblər. İqtisadi tərəfdaşlığımızın əsasında maşınqayırma, kənd təsərrüfatı, ağac emalı, ərzaq təminatı, əczaçılıq və qarşılıqlı investisiya yatırımı dayanır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç deyib. O bildirib ki, “Biz maşınqayırma, tikinti, kənd təsərrüfatı, kimya sənayesi sahələrində istehsal kooperasiyasının genişləndirilməsi üzərində çalışırıq və bizim birgə layihələrimiz yaxın gələcəkdə qarşılıqlı ticarətin, xidmətlərin əsas trendi olacaq. Böyük layihələrimizdən biri Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasıdır. 2007-ci ildən bu zavodda 14 min Belarus traktoru yığılıb. Bununla yanaşı, kombayn, yük avtomobilləri, elektrik avtobusu və yanğın-xilasetmə texnikası da yığılıb”.

Səfir nəzərə çatdırdı ki, cari ildə Bakıda “Vertus” şirkətinin bazasında lift istehsalı müəssisəsi açılıb. Müxtəlif növ məişət texnikasının birgə istehsalı üçün də işlər aparılır. Yaxın zamanda MAZ bazasında müxtəlif kommunal texnika istehsalı layihəsinin reallaşmasına start veriləcək. Perspektivdə kənd yaşayış məntəqələri, o cümlədən Qarabağ regionu üçün daşınan tibbi kompleks və ticarət pavilyonu istehsal layihələri də həyata keçiriləcək”.

“Sənaye sahəsində əməkdaşlıq həmişə ikitərəfli iqtisadi əlaqələrin flaqmanı olub. Maşınqayırmadan başqa, kimya və əczaçılıq sahələri üzrə də birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Yaxın zamanlarda quduzluğa qarşı vaksin və digər baytarlıq preparatlarının istehsalına başlanacaq. Bununla yanaşı, Belarus dərmanlarının Azərbaycanın yeni zavodunda istehsalı planlaşdırılır. Eyni zamanda, kimya sahəsində Belarus kalisi və Azərbaycan azotundan gübrə kompleksi istehsalı da nəzərdə tutulub. Azərbaycan və Belarus mütəxəssisləri Qarabağ regionunda aqro şəhərciyin salınması üzərində çalışırlar” - deyən səfir əmin olduğunu bildirdi ki, Ağdam Sənaye Parkında əməkdaşlıq üçün yeni layihələr və istiqamətlərin hazırlanması üçün zəmin yaradılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see246

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see194

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see164

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see162

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri