Icma.az
close
up
RU
Bəlaya çevrilən mərəz: İnsan necə olur ki, xərçəng tutur? Tibbi ekspert

Bəlaya çevrilən mərəz: İnsan necə olur ki, xərçəng tutur? Tibbi ekspert

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Səhiyyə naziri Teymur Musayev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunduğunu açıqlayıb. Nazir bunun səbəbini qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi ilə əlaqələndirib. 

Nazir xatırladıb ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib:

"Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur”.

Dəhşətli xəstəliyin yaranmasına və eyni zamanda yayılmasına səbəb nədir? 

Tibbi ekspert Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bu səbəblərə aydınlıq gətirib:


"Hüceyrələr birləşib orqanları yaradır. Bir orqanın xəstələnməsi üçün onda olan milyardlarla hər hansı bir hüceyrədə gedən DNT sintezi prosesi pozulmalıdır. Bu prosesi pozan 12, ümumiləşdirsək, 6 ana səbəb var:

1. Ekologiya və radiasiya.

2. Qeyri sağlam qida və həyat tərzi

3. Virus və müxtəlif infeksiyalar.

4. Kimyəvi və dərman zəhərlənmələri

5. Əsəb. Stres.

6. Zərərli vərdişlər. Alokoqol, siqaret. Narkotik.

Yəni, səhər duranda 15-20 dəqiqə də olsa idman etməyib, kofe və siqaretlə işə gedəndə tıxacda qalıb, açıq pəncərədən karbon monoksidlə nəfəs alıb, işdə bütün günü ofisdə oturub arada əsəbiləşirsinizsə, günorta nahara şaurma yeyib üstündən kola içirsinizsə, axşam yenə tıxacda qaıb, evə 6-da deyil 8-də çatıb, əlinizi yumamış qırmızı işıq yanana kimi yeyib, üstündən yekə bir şirniyyatla çay içib yatırsınızsa, ayın sonunda borca girirsinizə, həyatınızda sevgi, hörmət, ailə, yoxdursa, daima depressiyadasınızsa… xərçəngin bir addımlığındasınız. Sadəcə, sizteminizin nə vaxt çökəcəyini gözləmək lazımdır. Bu da sizə "xəstəlik və ölüm niyə cavanlaşıb” sualının cavabı. Mənim nəsilim küçədə oynamaqla və supla böyümüşdü. İndikilər fast-food, energotonik və telefonla böyüyür”.

Həkim əlavə edib ki, bu səbəblər oksidləşməyə aparır və orqanizmdə sərbəst radikallar yaradır:

"Bu radikallar sağlam hüceyrələrin elektronlarını alıb, onları zədələyirlər. Nəticədə həm radikal olduğu kimi qalır, həm də zədələdiyi hüceyrəni radikala çevirir. Məsələn, mədə xərçəngi olmamışdan əvvəl orda bir hücəyrədə proses pozulur. Səbəb? Ketçaplı-mayonezli broyler toyuq dönəri yeyib, üstündən kola içmək yetərlidir. Sonra o hüceyrə yanındakı hüceyrələri zədələyir. Nəticədə, mədə qızartısı və ya səpgisi yaranır. Səpgi qastritə, qastrit xoraya, xora baretto xəstəliyinə, o da xərçəngə çevrilir. Bu bir günə olmur. Əgər sizə mədə xərçəngi diaqnozu qoyulubsa, bu uzunmüddətli ağır və başı buraxılmış xəstəliyin nəticəsidir. Əyər siz 10 yaşından fast-food və müxtəlif sintetik qidalarla qidalanır, ev yeməklərindən qaçır, idman etmir, normal yatmır, telefon bağımlısı olaraq evdən çıxmır, artıq çəkidən əziyyət çəkir, meyvə-səbzə yox, xəmir, duz, şəkər və yağlı yeməklər yeyirsinizsə, siqaret çəkən və əsəbisinizsə, sizin 20 yaşında səpginiz, 25 yaşında qastritiniz, 30 yaşında xoranız, 35-də ağır reflüksünuz, 40 yaşdan sonra da xərçəng olmağınız ehtimalı 100/90 faizdir”.

Müşfiq Hüseynov hesab edir ki, həkimin bu işdə ümumiyyətlə rolu yoxdur:

"İlk günahkar özünüzsüz”.

Ekspertin fikirincə, xəstəliyin qarşısını almaq olar:

"Bu mümkündür, bir şərtlə ki, yuxarıda yazdıqlarımdan imtina edəsiniz. Bu sadəcə bir misaldır. O zaman sual yaranır. Bunların hamısını edən adam xərçəng tutmur? Tuta bilər. Az da olsa ehtimal var. Çünki bu xəstəlikdə genetika da çox önəmlidir. 3 nəsli sirroz olan uşağın 40 yaşında sirroz olmasından normal heç nə yoxdur. Bunun qarşısını almaq üçün 40 yaşdan sonra ildə 2 dəfə çek-ap etməli, problemlərini başlanğıc nöqtəsində bilməlisən. Əgər sənin xolesterin və triqlseridin yüksəkdirsə, həkim sənə dieta yazıbsa, əməl etməlisən! Əgər əməl etməsən, növbəti mərhələdə dieta kömək etməyəcək, sənə dərman yazılacaq. Dərmanı azı 2-3 il içməlisən. Onu da boş versən, ardınca damar tıxanıqlığı və stend gəlir. Gerisini hamınız əzbər bilirsiz, ən yaxşı halda açıq əməliyyat və sinədə saatlı bomba gəzdirmək. Ən pis halda isə 45-50 yaşında qəfil ölüm. İndi əlinizi ürəyinizin üstünə qoyub deyin: Sizin xərçəng və ya infarkt olmağınızda həkimin günahı nə qədərdir? Ağına-bozuna baxmadan gecə-gündüz nə gəldi basıb yeyən, bir tortu yeyib kəlləni qoyub yatan, toyda 20 cür yeməyi qarışdıran adam ağır şəkərə tutulubsa, onu müalicə edən endokrinoloq və ya daha pisi ayağını amputasiya edən cərrahın günahı nə qədərdir? Birdəfəlik bilin, xərçəng, qan təzyiqi, şəkər, alzeymer, parkinson kimi xəstəliklərin tək səbəbi var - hüceyrə zədələnməsi və bir az da genetika. Zədə həndəsi silsilə ilə çoxalır və buna da siz metastaz deyirsniiz. Vəssalam”.

Ekspert xəstəliyə yoluxmamaq üçün yuxarıda  sadaladığı əsas 6 səbəbi minimuma endirmək və antioksidant qəbul etməyin vacibliyini vurğulayıb:

"Antioksidantlar - yazda göyərtilər, səbzələr, yayda giləmeyvələr, payızda nar, heyva, alma, qışda soğan, sarımsaq, zəncəfil, sarıkök, portağal, ananas, kivi, avikado və s. Bunlar yetirmi, yetmir. Çünki sağlam qidalardakı lazımlı antioksidantların orqanizmdən sorulması 0-20 faizdir. Bunun üçün qida əlavələri qəbul etməlisiz. Qida əlavələri yetərlidirmi? Deyil. Çünki onların da bioyararlığı çox aşağıdır. Buna görə də elm nano-texnologiyaya getdi. Yediyin qida və qida əlavələrinin orqanizm tərəfindən mənimsənilməsinin 3 faizdən 93 faizə qaldıran texnologiya”. 

Ekspert erkən ölümlərdən qaçmağın tək yolunun sağlam həyat, sağlam qida və yeni nəsil qida əlavələrindən keçdiyini diqqətə çatdırıb:

"Nə qədər erkən başlasanız, o qədər sağlam olacaqsnıız”.


Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri