Belçika Slovakiyanın Baş naziri Fitsonu daşıyan təyyarəni dayandırdı
Icma.az bildirir, Manset portalına istinadən.
Belçikada “Skeyes” hava hərəkətinə nəzarət sisteminin nasazlığı səbəbindən təxminən 7500 metr hündürlükdə olan bütün təyyarələr qonşu ölkələrə yönləndirilib. Jurnalistlər aydınlaşdırıblar ki, bu təyyarələrdən birində Slovakiyanın baş naziri Robert Fitso olub.
Manset.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Siyasətçi Brüsseldə Avropa Komissiyasının rəsmiləri ilə görüşə gedirdi. Nəticədə, nazirin olduğu təyyarə geri dönərək Slovakiyaya qayıtmalı olub.
Hava hərəkətinə nəzarət edən rəsmilər “Skeyes”-in kompüter sisteminin "düzgün işləmədiyini" etiraf ediblər. Fövqəladə vəziyyət bir saatdan çox davam edib, sistem yenidən işə salındıqdan sonra hər şey normala dönüb.

Yan Lipavski Slovakiyanın baş naziri Robert Fitsonu Moskvaya səfərinə görə tənqid edib
24 Dekabr 2024 08:15
Zelenski Slovakiyanın dəvətinə cavab olaraq Fitsonu Kiyevə dəvət edib
14 Yanvar 2025 11:23
Slovakiyanın baş naziri Ukraynanı hədələdi
03 Yanvar 2025 13:32
Slovakiyanın baş naziri Moskvaya gedəcək
27 Noyabr 2024 17:40
Slovakiyanın baş naziri Ukraynanı qazla hədələyib
09 Yanvar 2025 21:40

