Müsəlman dövlətində panika başladı: Ordu genişmiqyaslı hücumlara hazırlaşır
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan Livanda Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyata icazə verməsini istəyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail Livanın cənubunu bir neçə bölgəyə bölməyi planlaşdırır. Bu bölgələrdən birində İsrail ordusunun daimi hərbi mövcudluğunun təmin olunması, eyni zamanda iqtisadi bufer zonasının yaradılması nəzərdə tutulur.
Məqsəd Hizbullahın fəaliyyət imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Netanyahu daha əvvəl verdiyi açıqlamada İsrailə qarşı İran tərəfindən atılacaq istənilən addıma sərt cavab veriləcəyini bəyan edib.
Onun sözlərinə görə, Təl-Əviv təhlükəsizliyinə təhdid yaradan bütün risklərə qarşı qabaqlayıcı tədbirlər görməkdə qərarlıdır.
Qeyd edək ki, dekabrın 9-da İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb. Rəsmi məlumata əsasən, hücumlar Hizbullahın hərbi infrastrukturuna qarşı yönəlib. Livan tərəfi isə bölgədə gərginliyin artdığını bildirir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 Dekabr 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















