Icma.az
close
up
RU
Belə bir mühitdə dərs keçmək olmaz ŞƏRH EDİLDİ

Belə bir mühitdə dərs keçmək olmaz ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Əlbəttə, Azərbaycan kifayət qədər təcrübəsi olan, zəngin mədəni və ictimai-siyasi tarixə malik bir ölkədir. Azərbaycan Şərqdə ilk cümhuriyyət qurmuş ölkədir. Ana dilində zəngin pedaqoji təcrübəyə malikdir.

Bu sözləri SİA-ya Akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.

O bildirib ki, buna görə də Azərbaycan Nazirlər Kabinetinin qəbul etdiyi qərar təsadüfi deyil:

“Bu qərar kiminsə xoşuna gəlib-gəlməməsindən və ya hansısa dövlətin ictimai-siyasi maraqlarının dəyişməsindən asılı deyil.

Vaxtilə qonşu ölkələrimizdə tamamilə fərqli ictimai-siyasi mühit hökm sürürdü, indi isə başqa bir mühit mövcuddur. Azərbaycan öz təbiətini və xarakterini qonşularının təsiri və ya təzyiqi ilə dəyişən ölkə deyil.

Azərbaycan müstəqil dövlət kimi yaşamaq istəyir və öz ideologiyasına malikdir. Azərbaycan bunu gizlətmir. Ölkəmizin bayrağı var və ideologiyamız bayrağımızda öz əksini tapır. Azərbaycan türklük əsasında formalaşmış, İslam dəyərlərinə sadiq olan və müasir ümumbəşəri dəyərləri mənimsəyən ölkədir. Bu, Cümhuriyyət dövründə də belə elan edilmişdi. Müstəqilliyimizi bərpa etdikdən sonra da Cümhuriyyətin tarixi təcrübəsini davam etdirməyə başladıq.

Bəli, bizim məktəblərimizdə şagirdlər, uşaqlar və yeniyetmələr ümumi pedaqoji prinsiplər əsasında təhsil və tərbiyə alırlar. Bu prosesə kənardan kiminsə müdaxiləsi, hətta deyərdim ki, ailənin müdaxiləsi belə özünü doğrulda bilməz.

Vaxtilə məktəblərimizdə geyimlə bağlı ayrıca təcrübəmiz olub və bu, son zamanlara qədər davam edib. Lakin son vaxtlar bu ənənə bir qədər zəifləyib. Geyim elə olmalıdır ki, ictimai-siyasi və ideoloji məsələləri bir tərəfə qoysaq belə, gələcək cəmiyyət üçün insan yetişdirmək məqsədimizə uyğun gəlsin.

Təsəvvür edin ki, bu gün Azərbaycan məktəblərində müxtəlif millətlərdən olan uşaqlar, o cümlədən azərbaycanlılar, ruslar və gürcülər təhsil alırlar. Məsələn, rus bölməsində oxuyan şagirdləri götürək. Müəllim sinfə daxil olur və görür ki, bir müsəlman qız başına örtük bağlayıb, digər tərəfdə isə bir xristian oğlanın və ya qızın boynundan xaç asılıb. Yaxud sinifdə yəhudi şagird öz dini geyimində oturub. Belə bir mühitdə dərs keçmək olmaz. Bu, pedaqoji mühit deyil, antipedaqoji mühitdir. Belə bir mühitdə insan yetişdirmək mümkün deyil.

İnsan gələcəkdə şəxsiyyət kimi formalaşanda, dünyanı dərk edəndə və dünyagörüşü inkişaf edəndə hansı dinə inanmaq istəyirsə, şüurlu şəkildə öz seçimini edə və ibadət edə bilər. Ancaq uşaqların hansısa dinin təsiri altında, özləri bunun mahiyyətini dərk etmədən məktəbə dini simvollarla gəlmələri düzgün yanaşma deyil. Bilirsiniz, bu, özünəməxsus qəribə bir paradoksdur. Belə bir mühitdə dərs keçmək və gələcək nəsli yetişdirmək olmaz.

Dini məsələləri bir tərəfə qoyaq. Axı bizim cəmiyyətimizdə sosial fərqlər də mövcuddur. Birinin atası milyarderdir, digərinin atası kasıbdır, başqasının atası isə orta təbəqəyə mənsubdur. Hər kəs öz uşağını istədiyi kimi geyindirib məktəbə gətirəcək. Müəllim isə orada insan hüquqlarından danışacaq. Axı bu, mümkün deyil. Belə bir şəraitdə müəllimin özü də fikirlərini tam ifadə edə bilmir. Məsələ məhz bundan ibarətdir.

Ona görə də Azərbaycan məktəbləri ilə bağlı Azərbaycan hökumətinin qəbul etdiyi qərara, əlbəttə, heç kim müdaxilə edə bilməz. Belə müdaxilə tamamilə qanunsuzdur, humanizm prinsiplərinə uyğun deyil. Son olaraq onu da qeyd edim ki, bu cür müdaxilə olduqca qeyri-mədəni bir yanaşma kimi də qiymətləndirilə bilər”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri