Belə bir video çəkməyə məcbur qaldığıma inana bilmirəm Mustafa Ceceli
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə ötən gün narkotik əməliyyatları ilə bağlı saxlanılan, daha sonra sərbəst buraxılan müğənni Mustafa Ceceli açıqlama yayıb.
Redaktor.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşımında təəccüb içində olduğunu vurğulayıb.
“Belə bir video çəkməyə məcbur qaldığıma inana bilmirəm. Bu gün bildiyiniz kimi, ictimaiyyətə məlum olan məsələ ilə bağlı lazımi tədbirlər görüldü. Ağla, məntiqə sığmayan bu böhtanlarla əlaqəm olmadığından sərbəst buraxıldım. Bu qaralama kampaniyasını kimlərin apardığının fərqindəyəm və bütün hüquqi haqlarımı istifadə edəcəyimin bilinməsini istəyirəm”, - o bildirib.
Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Aprel 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















