Icma.az
close
up
RU
Əvvəl gözlədirlər, sonra pul istəyirlər: Yeni qazanc üsulu

Əvvəl gözlədirlər, sonra pul istəyirlər: Yeni qazanc üsulu

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Biznes sürətdən pul qazana bilər, amma insanın normal xidmət almaq hüququ kommersiya fürsətinə çevrilməməlidir”.

“Yeni Sabah”a açıqlama verən iqtisadçı Bella Bəşirova müasir dövrdə xidmət sektorunda formalaşan yeni kommersiya modelləri və onların doğurduğu sosial-iqtisadi problemlərdən danışıb.

İqtisadçının sözlərinə görə, bütün şirkətlərin müştəriləri bilərəkdən gözlətdiyini iddia etmək düzgün olmaz: pizza hut

“Bəzən növbələr kadr çatışmazlığı, xidmət gücünün məhdudluğu və ya gözlənilməz yüksək tələbatla əlaqədar yaranır. Lakin müasir biznesdə elə bir model formalaşıb ki, standart xidmətlə yanaşı, daha sürətli xidmət də ayrıca məhsul kimi təqdim olunur.

Məsələn, hava limanlarında növbəsiz keçid üçün əlavə ödəniş, kuryer xidmətlərində təcili çatdırılma haqqı, banklarda premium müştərilər üçün növbəsiz xidmət, elektron ticarətdə sürətli çatdırılma, eləcə də dövlət və özəl qurumlarda ekspress xidmət tarifləri buna əyani sübutdur. Burada əsas məqam odur ki, eyni xidmət müxtəlif vaxt intervallarında fərqli qiymətlə satılır”.

Şirkətlərin müştərinin vaxtına hörmət etməli olduğunu vurğulayan ekspert qeyd edib:

“Süni şəkildə gözləmə yaratmaq və sonra həmin gözləmədən xilas olmaq üçün pul tələb etmək etik baxımdan ciddi suallar doğurur. Müştəri sürətə görə əlavə pul ödəyə bilər, amma normal xidmət almaq üçün saatlarla gözləməyə məcbur edilməməlidir”.

Müsahibədə işlənən “sürət vergisi” ifadəsinin hüquqi vergi deyil, iqtisadi və sosial mənada əlavə xərc olduğunu bildirən B. Bəşirova qeyd edib ki, artıq şirkətlər yalnız məhsulun satışından deyil, xidmətin sürətindən, rahatlığından və prioritetliyindən də gəlir əldə edirlər. İqtisadi baxımdan bu, gəlirlərin şaxələndirilməsidir.

“Məsələn, çatdırılma şirkəti eyni məhsulu standart çatdırılma ilə bir qiymətə, bir neçə saat ərzində çatdırılma ilə daha yüksək qiymətə, prioritet sifariş kimi isə maksimum tariflə təqdim edə bilir. Lakin bu modelin böyük bir təhlükəsi var: sürətli xidmət lüksə çevrilərsə, standart xidmətin keyfiyyəti arxa plana keçə bilər. Biznesin gəlirliliyi insanların vaxt qıtlığından maksimum istifadə etməyə deyil, onların həyatını asanlaşdırmağa əsaslanmalıdır”.

Ekspert bu tendensiyanın mövzunun ən kəskin sosial-iqtisadi tərəfi olduğunu vurğulayıb:

“Burada artıq yalnız gəlir bərabərsizliyindən deyil, zaman bərabərsizliyindən də danışmaq lazımdır. İki nəfər eyni xidmətə müraciət edir; birinin əlavə ödəniş etmək imkanı var və növbəsiz xidmət alır, digəri isə maddi imkanına görə standart növbədə gözləməli olur. Pul təkcə daha yaxşı məhsul almaq imkanı yaratmır, həm də insanın vaxtına qənaət etmək imkanını müəyyən edir.

Aztəminatlı insanlar üçün vaxt itkisinin daha ağır nəticələr doğurduğunu deyən iqtisadçı qeyd edib ki, gündəlik qazanc hesabına yaşayan bir insanın dövlət qurumunda və ya bankda yarım gün növbədə qalması onun üçün ciddi iqtisadi itkidir. Əgər imkanlı insan pul ödəyərək vaxt qazanırsa, aztəminatlı insan puluna qənaət etmək üçün vaxtını itirməyə məcbur olur. Xüsusilə səhiyyə, təhsil, dövlət xidmətləri və digər həyati əhəmiyyətli sahələrdə insanların keyfiyyətli və vaxtında xidmət almaq hüququ yalnız ödəmə qabiliyyətindən asılı olmamalıdır”.

Cəlalə Cəlalqızı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Noyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri