Icma.az
close
up
RU
Belə hallar yeniyetmələri təhsildən yayındırır…

Belə hallar yeniyetmələri təhsildən yayındırır…

Icma.az, Axar.az saytına istinadən bildirir.

Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır:

“Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur”.

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrin mənfi təsirləri nəticəsində demək olar ki, bütün ölkələrdə məktəblilər tərəfindən xoşagəlməz hallar törədilir, hətta cinayət hadisələri də baş verir:

“Belə halların qarşısını almaq üçün dünyada uşaq və yeniyetmələrin internetdən, o cümlədən sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur. Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi tam qadağandır. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir. Qardaş Türkiyədə də 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Düşünürəm ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa yox, məhdudiyyət tətbiq edilməlidir. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır. Həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Uşaqlara nəyisə qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Bu yöndə cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalı, uşaqların inkişafı üçün lazımi addımlar atılmalıdır. Yəni, məktəblilər sosial medianın müsbət tərəflərindən istifadə etməlidir. Bununla yanaşı, onları sosial şəbəkə müstəvisində təhlükələrdən qoruya bilən rəqəmsal mühit yaradılmalıdır”.

Samir Vəliyev qeyd edib ki, bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən bir sıra dəyişikliklər çox əhəmiyyətlidir:

“Artıq bu dəyişikliklərlə bağlı qanun layihəsi iyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə edilib və plenar iclasa tövsiyə olunub. Dəyişikliklər qəbul edildikdən və qüvvəyə mindikdən sonra uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək. Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür. Buna görə də dövlətin rəqəmsal inkişaf siyasətində uşaqların mühafizəsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Qanunvericiliyin təkmilləşdirilməsi də məhz uşaqların müdafiəsinə yönəlib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur. Dəyişikliklərə əsasən, provayderin məsuliyyəti və öhdəlikləri müəyyənləşdirilir. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün bir sıra texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir.

“Əlbəttə, bu layihə hazırlanarkən dünya ölkələrinin təcrübəsinə istinad edilib. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqi mövcuddur. Azərbaycanın milli qanunvericiliyinə təklif edilən bu dəyişikliklər də rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədinə xidmət edir”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 İyun 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri