Icma.az
close
up
RU
Azyaşlıların texnoloji asılılıqları: Məktəblilərin smartfon işlətməsi onları təhsildən yayındırır? MÜTƏXƏSSİS RƏYİ

Azyaşlıların texnoloji asılılıqları: Məktəblilərin smartfon işlətməsi onları təhsildən yayındırır? MÜTƏXƏSSİS RƏYİ

Icma.az, Avtosfer -ə istinadən məlumat verir.

Uşaqların texnologiyaya münasibəti günümüzdə daha da mürəkkəbləşib. Erkən yaşlarda texnologiyanın istifadəsi təhsil və inkişaf üzərində həm müsbət, həm də mənfi təsirlər yaradır. Müsbət tərəfdən, texnologiya uşaqların yeni biliklər əldə etmələrinə və öyrənmə proseslərini əyləncəli hala gətirmələrinə kömək edə bilər. 

Bəs erkən yaşlarda texnologiyanın istifadəsi uşaqların təhsilinə və inkişafına hansı konkret təsirləri göstərir?

Mövzu ilə bağlı nevroloq Gülnarə Rüstəmzadə Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı cəmiyyətimizə bir çox üstünlüklər qazandırsa da, eyni zamanda, uşaqların inkişafına mənfi təsirlər göstərə bilər:

“Uşaqlar nə qədər açıq düşüncəli və gələcəyə yönəlmiş böyüsələr də, texnologiyadan həddindən artıq istifadə onların erkən yaşda müəyyən psixoloji və fiziki problemlərlə qarşılaşmasına səbəb ola bilər. Uzun müddət ekran qarşısında qalmaq əsəb və stressi artırır, diqqət dağınıqlığı yaradır və dərsə fokuslanmaqda çətinlik törədir.

Bundan əlavə, sosial oyunlara və virtual platformalara aludəlik uşaqlarda texnologiyadan asılılıq formalaşdırır. Bu da real həyatda ünsiyyət bacarıqlarının zəifləməsinə və sosial təcrid hallarına səbəb ola bilər.

Mütəxəssislər deyir ki, müntəzəm olaraq ekran qarşısında vaxt keçirmək uşaqlarda göz yorğunluğu, baş ağrısı və görmə problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən valideynlər texnologiya istifadəsinə nəzarət etməli, uşaqların həm təhsil, həm də əyləncə balansını düzgün qurmasına kömək etməlidirlər.
Texnologiyanın verdiyi imkanlardan səmərəli şəkildə istifadə etmək və eyni zamanda uşaqların sağlam inkişafını qorumaq üçün balanslı yanaşma vacibdir”.

Psixoloq Aygül Məlikova isə qeyd edir ki, texnologiya təkcə uşaqlara deyil, böyüklərə də təsir göstərir:

“Bunun əsas səbəbi beynimizin fəaliyyətinə birbaşa təsir etməsidir. Uzun müddət texnoloji vasitələrdən, xüsusilə smartfon, planşet və kompüter kimi rəngli ekranlardan istifadə etdikdə, beynin fəaliyyət mexanizmi dəyişir.
Beynimizin arxa hissəsi öyrənmə, nitq və ünsiyyət bacarıqlarını aktivləşdirdiyi halda, texnologiyaya həddindən artıq aludə olmaq bu funksiyaların zəifləməsinə səbəb ola bilər. Bundan əlavə, beynimizin xoşbəxtlik hissi ilə əlaqəli olan bölgəsi – amigdala mərkəzi – texnologiyadan həddindən artıq istifadəyə bağlı olaraq düzgün fəaliyyət göstərə bilmir. Bu isə hadisələri analiz etmə qabiliyyətimizin zəifləməsinə, qərarvermə prosesimizin ləngiməsinə gətirib çıxarır.

Uzun müddət ekrana baxmaq beynin yorulmasına və düzgün təhlil aparma qabiliyyətinin azalmasına səbəb olur. Bu baxımdan, mümkün qədər ekran qarşısında keçirdiyimiz vaxtı məhdudlaşdırmalıyıq. Əlbəttə, texnologiyanın müsbət tərəfləri də var. O, yeni biliklər öyrənməyə və dünyagörüşümüzü genişləndirməyə kömək edir. Lakin həddindən artıq istifadə edildikdə, xüsusilə uşaqlar üçün təhlükəli nəticələr doğura bilər.

Uşaqlar texnologiyadan nəzarətsiz istifadə etdikdə, onların erkən yaşda mənfi məzmunlarla qarşılaşma ehtimalı artır. Onlar təsadüfən yaşlarına uyğun olmayan 18+ videolara və ya animasiyalara baxa bilər, bu da erkən yetkinlik əlamətlərinin ortaya çıxmasına səbəb ola bilər. Həmçinin izlədikləri məzmunları təqlid etməyə meyilli olduqlarına görə, bu, onların davranış və emosional inkişafına mənfi təsir edə bilər”.

Psixoloq əlavə edib ki, texnologiyadan həddən artıq istifadə enerjinin düzgün paylanmasının qarşısını alır, bu isə uşaqlarda aqressiya və depressiya kimi psixoloji problemlərə yol aça bilər:

“Çoxları düşünür ki, depressiya yalnız böyüklərdə rast gəlinir, lakin mütəxəssislər bildirir ki, uşaqlarda da depressiya əlamətləri müşahidə oluna bilər. Buna görə də valideynlər texnologiya istifadəsinə nəzarət etməli, uşaqların həm fiziki, həm də psixoloji sağlamlığını qorumağa diqqət yetirməlidirlər”.

Təhsil eksperti Elmin Nuriyev isə qeyd edib ki, erkən yaşda texnologiyadan istifadə nə yalnız təhsil, nə də yalnız ailə məsələsidir:

“Bu, sadəcə təhsil hadisəsi də deyil. 2025-ci ildə yaşayırıq və süni intellekt dünyanı idarə edəcək gücə çatıb. Gələcəkdə bu tendensiya daha da genişlənəcək. Buna görə də texnologiyanı bir həyat tərzi kimi qəbul etməliyik.
Texnologiyanın həyat tərzinə çevrildiyi mühitdə coğrafi məhdudiyyət artıq yoxdur. Hazırda bu coğrafiya bütöv dünyanı əhatə edir və texnologiya yaş senzindən asılı olmadan hər kəsin həyatına nüfuz edir. Şüurlu şəkildə seçim haqqına sahib olan hər bir insan texnologiya ilə təması seçir. Bu tamamilə müsbət hal olmasa da, müəyyən üstünlükləri də var.

Texnoloji meyilliliyin, yəni texnologiyaya olan marağın və bağlılığın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Əsas məsələ texnologiyadan düzgün şəkildə və məqsədyönlü istifadə etməkdir. Hər bir şəxs öz həyatına və fəaliyyət sahəsinə uyğun olaraq texnologiya ilə təmasını təhsil və inkişafla əlaqələndirməlidir. Əgər bu proses aludəçiliyə çevrilməsə, texnoloji meyillilik insanın inkişafına mane olmur.
Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində texnologiyadan istifadə nəzarət altındadır. Meyillilik müəyyən dərəcədə məhdudlaşdırılıb. Məsələn, Rusiyada məktəblərdə smartfonların istifadəsi qadağan edilib. Türkiyə və Gürcüstanda da bu istiqamətdə tədbirlər görülür. Azərbaycanda isə növbəti ildən məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək”.

Ekspert əlavə olaraq bildirib ki, məktəblilərin texnoloji asılılığı adi hala çevrilib və bu, tədris prosesinə mane olan ciddi amillərdən biridir:

“Bu səbəbdən də məktəblərdə texnoloji cihazlar yalnız tədris məqsədilə istifadə olunmalıdır. Ölkəmizdə onlayn məktəb sistemi tətbiq edilib və bu, tədrisin tamamilə texnoloji məkana inteqrasiya olunması məqsədini daşıyır. Lakin bu sistemin özünün də nəzarət mexanizmi olmalıdır. Əks halda, nəzarətsiz texnologiya istifadəsi şagirdlərin akademik göstəricilərinə və psixoloji durumuna ciddi mənfi təsir göstərə bilər.
Texnologiya ilə təmas düzgün tənzimləndikdə və nəzarət altında saxlanıldıqda, onun inkişafımıza verə biləcəyi töhfələr danılmazdır. Ancaq balansın qorunması və texnoloji aludəçiliyin qarşısının alınması üçün müvafiq addımlar atılmalıdır”.

Defektoloq-Loqoped Şəhla Abdullayevanın fikrincə, Valideynlər, xüsusilə 1 yaşdan 3 yaşa qədər uşaqların telefon istifadəsini məhdudlaşdırmalıdırlar, çünki bu dövr inkişafın çox həssas mərhələsidir:


“Uşaqlara telefon vermək və ya onlara telefonla yemək yedirtmək doğru inkişafı dəstəkləməz. Telefonun həddindən artıq istifadəsi uşaqların fiziki inkişafına mənfi təsir göstərə bilər. Praktikamda və elmi araşdırmalarda uşaqların telefon istifadəsi nəticəsində fiziki problemlərin yarandığını müşahidə etmişəm. Uşaqların çiyinləri kiçilir, qolları qısalır və boyları normaldan qısa ola bilər. Həmçinin, telefon istifadəsi uşaqların nitq inkişafını da ləngidə bilər, çünki telefonla məkanlı ünsiyyət əvəzinə, passiv məlumat alırlar və bu, onların sosial bacarıqlarını zəiflədir.
Valideynlər televizor və ya telefon qarşısında uşaqların çox vaxt keçirməmələrinə diqqət etməlidirlər. Hətta televizorun açıq olması belə uşaqların nitq və sosial inkişafını əngəlləyir, çünki uşaqlar bu zaman ətrafdakı səs və şəkilləri təhlil edə bilmir və məlumatları düzgün şəkildə qəbul etmirlər. Uşaqların sosiallaşma prosesini inkişaf etdirmək üçün valideynlər onlarla ünsiyyət qurmalı, birgə fəaliyyətlərə qatılmalı və texnologiya istifadəsini nəzarət altında saxlamalıdırlar.
Bu gün uşaqların əksəriyyəti tətbiqlərlə əzbərləməyi öyrənirlər və bu, onların yaradıcı düşüncə və problemləri həll etmə bacarıqlarını inkişaf etdirmir. Uşaqların əl işləri ilə əlaqəli bacarıqları zəifləyib. Məsələn, qızlar tikiş etməyi, oğlanlar isə şəkil çəkməyi bacarmır. Məktəblərdə əmək dərsləri azalır və bu da uşaqların inkişafına mənfi təsir göstərir”.

Loqoped əlavə olaraq bildirib ki, valideynlərin uşaqları ilə birgə fəaliyyət göstərmələri çox vacibdir:

“Biz, mütəxəssislər, hər zaman deyirik ki, uşaqların inkişafı mütəxəssis, valideyn və sosial mühitin birgə əməkdaşlığı ilə həyata keçirilməlidir. Uşaqların inkişafının 30%-i mütəxəssislərin, 30%-i valideynlərin, 30%-i isə sosial mühitin təsiri ilə təmin olunur. Yalnız bu cür komanda şəklində işləyərək uşaqların inkişafını düzgün şəkildə dəstəkləmək mümkündür”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see203

Xocalı soyqırımı Fotolarda

26 Fevral 2025 13:16see197

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see195

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see134

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see134

Xaçatryanın Rusiyada qeyri adi sərgüzəti: 150 avtomobili icarəyə götürdü və...

26 Fevral 2025 13:37see126

Estetik əməliyyatın gizli riski Psixiatrdan VACİB AÇIQLAMA

26 Fevral 2025 16:55see125

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see125

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see125

Dövlət informasiya resurslarına kütləvi kiberhücumlar...

26 Fevral 2025 16:21see123

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see122

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see120

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see117

Hakan Fidan: Türkiyə həmişə olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır

26 Fevral 2025 13:32see116

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see114

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see114

Müğənninin ailəsində faciə ÖLƏNLƏR VAR

26 Fevral 2025 07:10see112

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see112

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşüb Ankarada

26 Fevral 2025 00:04see111

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri