Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Belə nəticələr olduqda yaxın gələcəyə inamla baxırıq

Belə nəticələr olduqda yaxın gələcəyə inamla baxırıq

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Məlum olduğu kimi, "Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni, finalda isə “Burqas”ı (hər ikisi Bolqarıstan) məğlub edərək yarışın qalibi adını qazanıb. 

A qrupunda yarışan “Qarabağ” turnirdə 7 oyun keçirib ki, rəqiblərin hamısı Bolqarıstan klubu olub.

"Qarabağ"ın "Sozopol Cup" turnirindəki oyunları

Qrup mərhələsi

“Septemvri” – “Qarabağ” – 0:2

“Qarabağ” – “Olimpiya” – 5:1

“Qarabağ” – “Etar” – 0:1

“Ludoqorets” – “Qarabağ” – 1:1

“Botev” – “Qarabağ” – 0:2

Yarımfinal

“Levski” – “Qarabağ” – 0:0 (Penaltilər – 3:4)

Final

“Qarabağ” – “Burqas” – 2:0

Mövzu ilə bağlı komandanın baş məşqçisi Elçin Xudadatovla danışdıq. Əvvəlcə turnirlə bağlı məlumat verən mütəxəssis qeyd edib ki, belə yarışlər yeniyetmə futbolçuların inkişafına böyük təkandır: “Sozopol  Cup” turniri 12 komandadan ibarət 2 qrup halında keçirilirdi. Ümumilikdə 6 günə 7 oyuna çıxdıq. Hər oyun 60 dəqiqə oldu. Hər hissə isə 30 dəqiqədən ibarət idi. Komandanın “Levski” ilə yarımfinal matçındakı əzmkarlığı məni həqiqətən valeh etdi. Bütün matçlarda uşaqlar çox yaxşı təsir bağışladılar. Futbolçulardan bir neçəsinin adını çəkə bilərəm. Sirac Quluzadə, Sənan Zeynallı, Ayxan Verdiyev, İsmayıl Rəsulov, Kamil Bədirxanlı , Emil Həsənzadə, Zəfər İbrahim. Əslində usaqların hamısı yaxşı oyun nümayiş etdirdi. Elə bunun sayəsində bütün rəqibləri üstələyib 1-ci olduq.

Belə turnirlərdə iştirak etmək futobolçulara çox fayda verir. Beynəlxalq arenada təcrübənin artması, daha da güclü rəqiblərlə rastlaşmaları onların yaxşı futbolçu kimi yetişməsi üçün çox vacibdir.  Azərbaycanda U-13 liqasında hər komandada 9 futbolçu olur. “Sozopol Cup”da isə oyunlar 11-11-ə keçirilirdi. Bu, bir tərəfdən də bizim uşaqlara növbəti mövsümdə 11-11-ə oynamaları üçün bir təcrübə idi”.

Uzun müddət “Qarabağ”da çıxış edən veteran futbolçu qeyd edib ki, gəlacakdə də bu cür turnirlərə qatılmaq planlaşdırılır: "Hələlik növbəti turnirin harada və nə zaman keçirilməsı haqda məlumatsızam: Bu cür turnirlərdə bir mütəxəsis kimi, beynəlxalq oyunlarda uşaları necə qorumaq , onları necə oyuna hazırlamaq, oyuna necə motivasiya etmək bizi də həvəsləndirir. Yəni belə yarışların uşaqlarla yanaşı, biz məşqçilərə də faydalı olduğunu düşünürəm. Beynəlxaq yarışda yaxşı nəticə qazanmaq isə əlavə bir motivasiyadır. Belə nəticələr olduqda yaxın gələcəyə inamla baxırıq. Düzdür, uşaq futbolunda nəticə o qədər də önəmli deyil. Amma bununla belə, bu yaşda uşaqlarda qələbə ruhunun formalaşması da lazımdır. Onlar erkən yaşlarından futbolun sirrlərini öyrənməklə yanaşı, həm də əzmkarlığa, sona qədər mübarizə aparmağa və qələbələrin necə qazanılmasına alışmalıdırlar".

Qarşıdan 60 illik yubliyei gələn Elçin Xudadatov qeyd edib ki, komandası beynəlxalq turnirin qalibi olmaqla ona əsl doğum günü hədiyyəsi edib. İyulun 3-də 60 yaşını qeyd edəcək mütəxəssis komandasının çempion olmaqla onu çox sevindirdiyini bildirib.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri