ÇL: “Sabah” Norveçdən xalsız qayıdır
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.
Moderator.az xəbər verir ki, Stavanger şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" açıb. Belə ki, 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym hesabı bərabərləşdirib. 69-cu dəqiqədə isə Zlatko Tripiç "Vikinq"i hesabda önə keçirib.
Tripiç penaltini dəqiq yerinə yetirib. Onun ilk zərbəsini qapıçı Stat Pokatilov dəf etsə də, futbolçu təkrar zərbədə topu qapıdan keçirib.
Daha sonra 81-ci dəqiqədə Henrik Falşener baş zərbəsi ilə fərqlənərək hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.
"Sabah" matçı 10 nəfərlə başa vurub. Belə ki, 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha əvvəl İngiltərənin "Mançester Yunayted" komandasına 0:4, Almaniyanın "Borussiya Dortmund" klubuna isə 1:2 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" komandasını isə 2:0 hesabı ilə məğlub edib.
"Sabah" növbəti oyununu noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın "Barselona" komandasına qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Noyabr 2026 08:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















