Icma.az
close
up
RU
“Belə qərar ciddi beynin məhsulu ola bilməz” Taksilərlə bağlı qalmaqal böyüyür

“Belə qərar ciddi beynin məhsulu ola bilməz” Taksilərlə bağlı qalmaqal böyüyür

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz?”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, belə bir qərar insanların konstitusion hüquqlarının pozulmasıdır:

“Belə bir qərar artıq insanların konstitusion hüquqlarının pozulmasıdır. Vətəndaş fiziki şəxs kimi akreditasiyadan keçib, sertifikat alıb taksi xidməti göstərirsə, Azərbaycan bütün hüdudlarında fəaliyyət göstərə bilər. Haradasa yazılmayıb ki, sürücü İmişli, Salyan yaxud Bakı şəhərində fəaliyyət göstərməlidir. Mənə elə gəlir ki, bu absurd qərardır. Ümumiyyətlə son zamanlar taksi ilə bağlı qəbul olunan qərarların əksəriyyəti absurddur. İstər hava limanında xidmətin məhdudlaşdırılması, istər də hazırki qərar”.  Pepperoni pizza

İlqar Hüseynli qeyd edib ki, sözügedən addım həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır:

“Taksi xidməti ilə bağlı bu kimi qərarlar, oyunlar, düşünürəm ki, ciddi beynin məhsulu deyil. Necə yəni, bir taksi burada xidmət göstərirsə, başqa yerdə göstərə bilməz? Bunun işi taksi xidmətidir. Belə çıxır ki, bir müəllim hansısa rayonda yaşayış qeydiyyatındadırsa, gəlib Bakıda dərs deyə bilməz? Bu məntiqlə bütün peşə sahələrinə bunu şamil etsək nə baş verəcək? Mən düşünmürəm ki, belə bir qərar qəbul olunsun. Həm iqtisadi, həm də insanların konstitusion hüquqları baxımından absurddur. Bu, həm də inhisarçılığa, kiçik və orta biznesin sıxışdırılmasına gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var:

“Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri