Icma.az
close
up
RU
“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” Yusif Ağayevdən sərt sözlər

“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” Yusif Ağayevdən sərt sözlər

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Radio efirində bayağı danışıq tərzi və aparıcı davranışı ilə bağlı müzakirələr fonunda tanınmış teleaparıcı və radio DJ Yusif Ağayev sərt mövqe ortaya qoyub.

“Yeni Sabah”a danışan Y.Ağayev Radio TMB 100.5 FM-də “Çiçək” ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın efir davranışını tənqid edərək bildirib ki, radio aparıcısı təkcə özünü deyil, təmsil etdiyi radionun nüfuzunu da ortaya qoyur:

“Hər zaman dediyim kimi hər bir radio aparıcısı verilişində özünü ifadə edir. Nə ilə, nəyi ilə?! Mədəniyyəti, biliyi, savadı, dünyagörüşü, davranışı, nitqi və ən əsası təmsil etdiyi radionun nüfuzu ilə. Bunu söyləməyə 106 FM radiosundakı 27 illik fəaliyyətim icazə verir.

Mədəniyyət - bu, ailədən, aldığın tərbiyədən asılıdır. Bilik-savad olmayan yerdə heç kim radio kimi böyük bir qurumda işləyə bilməz! Çünki radioda televiziyadan fərqli olaraq 3 dəqiqəlik “zaderjka”, yəni ləngimə funksiyası yoxdur, əgər nəyi isə səhv dedinsə, bu, birbaşa efirə gedir və sənin söylədiyin səhv fikir və ya ifadə anında artıq ictimaiyyətin müzakirəsinə çevirilir. Demək savadın olması mütləqdir.

Üçüncü məsələ dünyagörüşüdür. Sən dünyanı gəzməyə bilərsən, amma ictimaiyyət, aləmdə baş verənlər, internet və ümumiyyətlə sosial şəbəkələrin maarifləndirici səhifələrindən yararlana bilərsən, amma əfsus ki,sosial şəbəkınin o biri “üzü” sənə daha çox maraqlı gəlir.

Tez-tez Avropa ölkələrinə gedirəm. Qitənin bir sıra ölkələrinin sərhəd yoxlanış məntəqəsində səndən hansı peşənin sahibi olduğunu soruşurlar. Biləndə ki radio-televiziya aparıcısısan, sənə çox böyük maraq və diqqətlə yanaşırlar. Əlbəttə ki, əgər sən o sərhəd nəzarəti xidmətində özünü ingiliscə ifadə edə bilirsənsə. Xarici dil bilən aparıcılarımız isə azdır, barmaqla sayılasıdırlar,ə n əsası isə mənim onlara çox böyük rəğbətim var. Xarici dil bilmək “What's your name?” demək deyil. Xarici dildə sərbəst danışa biləcək aparıcılar radio və televiziyalarda olduqca azdır. Nə bilim, belə əndrəbadi danışanlara heç xarici dil bilməyə ehtiyac yoxdu…”

Yusif Ağayev hesab edir ki, aparıcının kimliyini efirdə ən çox onun nitqi göstərir:

“Nitq isə bir aparıcı üçün ən önəmli amildir. Leksikanın zənginliyi, cümlələrinin düzgün qramatik və morfoloji qaydada düzgünlüyü efirdə sənin üzün görünməsə də, kimliyini isbat edir. Efirdə sənin nitqin-sənin pasportundur. Efir heç kimin şəxsi mülkiyyəti deyil ki, istədiyini danışıb dinləyici auditoriyasında sərbəstlik effekti yaradasan. Radio böyük bir kürsüdür, sən də onun təmsilçisi. Necə efir apararsansa, təmsil etdiyin radio da demək sənə uyğundur. Belə danışıq tərzini heç 1 aprel gülüş-zarafat günündə belə aparmaq olmaz.

Mən demirəm ki, tam ciddi 1941-1945 müharibəsi vaxtı diktor Yuri Levitan kimi amiranə danışasan. Ciddi də danışmağın öz yeri var. Tariximizdə elə günlər var ki, həmin vaxt efirdə amiranəlik, ciddilik vacibdir. Əyləncə ilə bayağılığı səhv salırsansa, bu, sənin daxilin, formalaşmış əqidən və bərpa oluna bilməyən aparıcılığındır!

Əgər bu tərzinlə özünün belə əvəzolunmaz olduğunu sanırsansa, onda sənin bu "təkrarsız" aparıcılığını ayaq üstə "alqışlayıram". Belə də davam et...

Niyə böyüklərdən öyrənilmir, niyə mütaliə edilmir?! Soruşsan sonuncu dəfə hansı kitabı oxumusan, bayağı yox, maarifləndirici hansı verilişi seyr etmisən, kimin səlist nitqindən nəyi dinləyib özünə nümunə götürmüsən, cavab verə bilməyəcək!

Nə bilim, vallah, bəlkə heç mənim bu sadaladıqlarıma, yanaşmama müasir radio-televiziyada ehtiyac yoxdur? Olsa da, olmasa da, mən Yusif Ağayev olaraq öz dediyimin üstündə dururam və israr edirəm: aparıcının hansı məktəb keçməsi, ali savadı, dünyagörüşü vacib amildir. Atalar sözündə deyildiyi ki, “çax-çax baş sındırır, dəyirman öz işindədir...”.

Əsmətxanım Rzazadə  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri