Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri ilə bağlı Böyük Quruluş Partiyası BƏYANAT yayıb

Bələdiyyə seçkiləri ilə bağlı Böyük Quruluş Partiyası BƏYANAT yayıb

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Quruluş Partiyası dövlət qeydiyyatına alındığı 2005-ci ildən bəri ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etməyi özünün başlıca vəzifəsi hesab etmiş, belə siyasi kampaniyalara təşkilat strukturlarının fəallığının artırılması, seçki təcrübəsinin zənginləşdirilməsi, rəqabət mühitində imkanların sınaqdan çıxarılmaısı fürsəti kimi yanaşaraq, ona xüsusi əhəmiyyət vermişdir. Ötən ilin dekabr ayında keçirilən Ali Məclisin iclasında partiyanın bələdiyyə seçkilərində iştirakının məqsəduyğunluğu barədə qərarın qəbul edilməsi də bu mənada təsadüfi deyildi.

2025-ci il bələdiyyə seçkilərində həm partiyanın rəhbər orqanı tərəfindən, həm də öz təşəbbüsləri  ilə namizədliyi irəli sürülmüş partiya təmsilçiləri müxtəlif bələdiyyələr üzrə seçkilrədə iştirak etmişdir. İrəli sürülən namizədlərə toplanan  imzaların yoxlanması, namizədliklərin qeydə alınması da daxil olmaqla seçki proesesinin bütün mərhələlərində  bərabər  imkanlar yaradılmış, qanunvericiliyə riayət edilmişdir.

Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat mərhələsi Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə davam etmiş, təbliğat işlərini lazımi qaydada apara bilmələri üçün açıq və qapalı məkanlar ayrılmış, bu barədə hər hansı maneələrə rast gəlinməmişdir.

Seçki günü Böyük Quruluş Partiyasının 700 müşahidəçisi dairə və məntəqələrdə seçki prosesini yaxından izləmiş, səsvermədə iştirak edən seçicilərin öz iradələrini sərbəst və azad şəkildə ifadə etmələrinin şahidi olmaqla seçkilərin Seçki Məcəlləsinə uyğun  keçirilməsini təsbit etmişlər. Müşahidəçilərə seçici siyahıları ilə tanış olmaq, seçki məntəqəsinin səsvermə otağında olmaq, seçicilərə bülletenlərinin verilməsini müşahidə etmək, onların sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, səsvermənin nəticələri və məntəqələr üzrə səsvermənin yekun protokollarının sənədləşdirilməsini sərbəst müşahidə etmək imkanı yaradılmışdır. Səsvermənin təşkili və seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməmişdir. Bələdiyyə seçkiləri ilə bağlı elan edilən ilkin nəticələr eksitpolun açıqlamalrı ilə ziddiyyət təşkil etməmişdir.

Böyük Qururluş Partiyası azad, demokratik, geniş siyasi rəqabət mühiti şəraitində gerçəkləşən və ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan builki bələdiyyə seçkilərini idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələ hesab edir və ümid edir ki, seçkili orqan kimi bələdiyyə institutu geniş səlahiyyət və imkanlar əldə etməklə yaxın gələcəkdə nüfuzlu və təsirli yerli özünüidarə orqanına çevriləcəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Yanvar 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri