Bələdiyyə seçkilərində ən yaşlı qadın namizəd məşhur pambıqçı imiş FOTO
Icma.az, Modern.az saytına istinadən bildirir.
Sabirabadın məşhur pambıqçısı Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli "Əmək" ordeni laureatı Fatma Hüseynovanın bələdiyyə seçkilərində namizədliyi irəli sürülüb.
Modern.az-ın məlumatına görə, onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb.
Fatma nənə 68 saylı Sabirabad-Şirvan seçki dairəsində Qaaratəpə bələdiyyəsi üzrə namizəddir.
O, həmçinin bələdiyyə seçkilərində namizədliyi irəli sürülən ən yaşlı qadındır.
Qeyd edək ki, Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub.
17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşüb.
2017-ci ildə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Baxış sayı:139
Bu xəbər 10 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















