Bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb MSK sədri
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərinə artıq 3 minə yaxın şəxs namizədliyini irəli sürüb.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təqvim planına uyğun olaraq addımlar atılır:
"Təbii ki, biz heç vaxt təqvim planından kənara çıxmağa, yaxud da onun pozulmasına imkan verməyəcəyik. Bizim 685 bələdiyyəmiz var və ölkə üzrə 8071 bələdiyyə üzvü seçiləcək. Məndə olan məlumata görə, artıq 3 minə yaxın namizəd var. Artıq onların qeydiyyat mərhələsi başlayıb".
Baxış sayı:131
Bu xəbər 12 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















