Icma.az
close
up
RU
Bələdiyyə seçkilərinə maraq niyə yoxdur? (ŞƏRH)

Bələdiyyə seçkilərinə maraq niyə yoxdur? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bələdiyyələrin real idarəetmə qurumu kimi yetərli səlahiyyətlərə malik olmaması, seçkilərə inamın azlığı mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb".

Bunu Qaynarinfo-ya açıqlamasında "Demokratiyanı Öyrənmə" İctimai Birliyinin sədri Mirəli Hüseynov yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində namizəd olaraq iştiraka marağın az olmasına münasibət bildirərkən deyib:


"Burada iki faktor önəmli rol oynayır. Birinci amil bələdiyyələrin statusu ilə bağlıdır. Bələdiyyələrin siyasi sistemdəki mövqeyi, yeri, onların malik olduğu səlahiyyətlər həmin qurumlara olan marağı əhəmiyyətli şəkildə azaldıb. Yəni  bələdiyyələr real idarəetmə qurumu kimi yetərli səlahiyyətlərə malik deyil. Özünüidarəetmə orqanları ciddi təsir imkanlarına malik deyil, onlar yerli problemlərin həllində əsas qurum kimi çıxış edə bilmirlər. Bələdiyyələrin cəmiyyətdə yerinin zəif olması həm də onun fəaliyyətində iştiraka olan marağı da azaldır". 

Həmsöhbətimizə görə, digər tərəfdən, seçkilərə olan inamın azlığı da bələdiyyələrə marağın aşağı olmasına gətirib çıxarıb.

Qeyd edək ki, yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinə maraq aşağı səviyyədədir. Namizədlərin sayı elə də çox deyil. Artıq bu gündən başlayaraq bələdiyyə seçkilərində seçkiqabağı təşviqata başlanılır. Çünki qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri