Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Bələdiyyə seçkilərinə hazırlıq...

Bələdiyyə seçkilərinə hazırlıq...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

6 milyon 52 min 721 seçki bülleteni çap olunub

Cəmi bir neçə gündən sonra - yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu, müstəqillik tariximizdə ölkənin bütün ərazisində yerli özünüidarəetmə orqanlarına keçiriləcək ilk seçkilər olacaq.

Qarşıdan gələn seçkilərə yüksək səviyyədə hazırlıqlar görülür. Bütün tədbirlər “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”na uyğun olaraq reallaşdırılır. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament seçkilərinə hazırlıqdan geri qalmamalıdır.

Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb

Seçkilərə hazırlıq çərçivəsində son tədbirlər görülür. Artıq seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanılmasına başlanılıb. Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələri və maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb. Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili və ümumiyyətlə, bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Seçki bülletenləri ilk gün - yanvarın 22-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə və respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 54 seçki dairəsinə verilib. Növbəti gün isə seçki bülletenlərinin ölkənin digər bütün seçki dairələrinə təhvil verilərək. Bu gün prosesin tam yekunlaşdırılması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin (DİN) aidiyyəti qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6 milyon 52 min 721 seçki bülleteni çap olunub.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Bələdiyyə seçkiləri ilə bağlı əsas hədəflərdən biri şəffaflığın yüksək səviyyədə təmin edilməsidir. Bu məqsədlə  ölkə ərazisindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçkidə aşkarlıq mühüm məsələ olduğundan, veb-kameralarla müşahidə aparılması önəmlidir. “İstənilən vətəndaş seçki prosesi ilə bağlı müfəssəl məlumat əldə edə biləcək. Seçki prosesində veb-kameralardan istifadə ölkədə 2008-ci ildən uğurla həyata keçirilən layihədir”, - deyə MSK rəsmisi vurğulayıb.

Seçki məntəqələrində veb-kameraların quraşdırılması parametrlərində dəyişiklik edilib. Dəyişikliklər 89 seçki məntəqəsinin məlumatlarını əhatə edir. O cümlədən 62 seçki məntəqəsinin nömrəsi dəyişdirilib. 15 seçki məntəqəsində isə veb-kameraların quraşdırılması tamamilə yeni məsələdir. Rövzət Qasımov əlavə edib ki, veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilir.

Nə qədər seçici səs verəcək?

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 961 min 625 seçicinin adı qeydiyyata alınıb. Məzahir Pənahov bildirib ki, 125 dairədən 7-si işğaldan azad edilən ərazilərdə yerləşir. Həmin dairələrdə seçkilər keçirilməyəcək. Buna görə də bələdiyyə seçkilərində səs verən seçicilərin sayı ümumi seçicilərin sayından az olur.

Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı isə  29 min 172 nəfərdir. Rövzət Qasımovun verdiyi məlumata əsasən, seçki günü 153 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri