Icma.az
close
up
RU
BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR 3700 manat pul aldı, başqasının torpağını göstərib “sənin yerindir” dedi, sonra isə... / Video

BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR 3700 manat pul aldı, başqasının torpağını göstərib “sənin yerindir” dedi, sonra isə... / Video

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ağköynək və Qarapapaq kəndlərinin  Bələdiyyə sədri Nəzakət Mansurova ondan torpaq üçün 3700 manat  pul alıb, lakin satmayıb:

“Mən, Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu yazaraq bildirirəm ki, kirayədə qalıram və yolum hər gün Ağköynək kəndindən keçir.

2020-ci ildə Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova torpaq sahəsi verəcəyi adı ilə məni aldadaraq 3700 manat, əlavə olaraq da 50 manat və 120 manat pulumu mənimsəmişdir.

Bu işi dövlət qurumları biləndən sonra, mənim həmin kənddə yaşamadığımı bəhanə gətirərək, torpağı mənim adıma sənədləşdirmədi. Halbuki, Bələdiyyə sədrinin öz qardaşı 10 ildən çoxdur Bakı şəhərində məskunlaşsa da, ona və həyat yodaşına 2022-ci ildə 0.12 ha torpaq sahəsi vermişdir. Mən isə, faktiki olaraq 2020-ci ildən bu kənddə yaşayıram.

Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova keçən ilin qışında öz çirkin əməllərindən əl cəkməyərək, torpaq sahəsinin icarəsi üçün məndən illik icarə haqqı olaraq 50 manat ödəniş tələb etdi. Mən həmin məbləği ödədim. O, bildirdi ki, bir neçə gün sonra ödəniş sistemə oturacaq və həmin vaxt çek verəcəm

Sonra, 2024-cu ilin yay ayında “icarə haqqı”nı ödətdirdiyi torpaq sahəsinin ölçülməsi üçün kadastra pul ödəməli olduğunu bildirib, özünün iştirakı ilə Qazax rayonunda “Kapital Bank”a 120 (yüz iyirmi) manat ödəniş etmişəm.

Onu da qeyd edim ki, mən Ağköynək kəndində doğulsam da, indiyə qədər heç yerdə adıma torpaq sahəsi olmayıb. Bələdiyyə sədri Nəzakət Mənsurova pulsuz olaraq oğlu Musayev Ələddin Şəmsəddin oğluna 0.12 ha torpaq sahəsi ayırmışdır. Bundan əlavə, Bələdiyyənin 10.08.2022-ci tarixli, 27 nömrəli iclas qərarına əsasən, qardaşı  və onun həyat yoldaşının adına, hərəsinə 0.12 ha olmaqla, həyətyanı torpaq sahəsi ayrılmışdır. Hətta Nəzakət Mənsurovanın qardaşı maddi vəziyyətinin ağır olması barədə Bələdiyyəyə müraciət edib, Bələdiyyə vətəndaşa 300 (üç yüz) manat,  yoldaşına 300 (üç yüz) manat və başqa qohumuna 600 manat vəsaitin ayrılması barədə qərar qəbul etmişdir. Bir sözlə, bu Bələdiyyə sədri ancaq öz qohum-əqrabası üçün çalışır.

İllərlə Qazax rayonunda kirayə yaşadığım təqdirdə mən öz adıma torpaq sahəsi ala bilmirəm və indiyə qədər də ala bilmək üçün həm maddi, həm mənəvi olaraq əziyyət çəkirəm.

Sübut olaraq bildirim ki, Bələdiyyə sədri Nəzakət Mənsurovanın guya, ayrılacaq torpaq sahəsinin mənim olduğunu bildirməsi sayəsində mən orada abadlıq işləri aparmış və bir neçə meyvə ağacı, şam ağacı əkmişəm. Halbuki, o, məni aldadırmış.

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlara müraciət edərək xahiş edirəm ki, şikayətimə ciddi yanaşıb, mənə ayrılan və pulunu ödədiyim torpaq sahəsinin alıb mənə verilməsinə kömək edilsin və Bələdiyyə sədrinin məni aldatması ilə bağlı tədbir görülsün”.

Qeyd edək ki, məsələ ilə bağlı Bələdiyyə sədri Nəzakət Mənsurova ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.

Hazırladı: Jalə FAMİLQIZI

Şikayətçinin redaksiyamıza göndərdiyi gizli çəkilişi də olduğu kimi təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri