Bələdiyyə sədri həbs edildi: ailə üzvləri saxlanıldı
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Korrupsiya və rüşvət iddiaları əsasında həyata keçirilən istintaq tədbirləri çərçivəsində nəzarətə götürülən Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey barəsində çıxarıldığı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Gobalinfo.az oxu.az-a istinadən bildirir ki, Bursa şəhərində icra olunan korrupsiya əməliyyatının gedişatında CHP-ni təmsil edən Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbeylə yanaşı, onun həyat yoldaşı Seden Bozbey, qızı Side Bozbey və qardaşları Ramiz və Ertan Bozbey də daxil olmaqla, ümumilikdə 57 nəfər şübhəli qismində saxlanılıb.
Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində üç günlük nəzarət müddəti bitdikdən sonra 57 şübhəli şəxs ədliyyə orqanlarına təhvil verilib və Respublika prokurorluğu tərəfindən onların ifadələri alınıb. Təxminən 14 saat davam edən dindirmə prosesinin yekununda Mustafa Bozbey barəsində həbs qərarının verilməsi vəsadəti ilə məhkəməyə göndərilib. Onun həyat yoldaşı Seden Bozbey, qızı Side Bozbey Gürer və qardaşı Ertan Bozbeyin də daxil olduğu 12 şübhəli üçün isə polisin nəzarətinə vermə qətimkan tədbirinin tətbiqi istənilib. Rüşvət və korrupsiya araşdırmaları fonunda saxlanılan Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbeyin məhkəmənin hökmü ilə həbsinə qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 04 Aprel 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















