Icma.az
close
up
RU
Bələdiyyə sədri Qarabağ qazisinin ailəsinə məxsus torpaq sahəsini saxta sənədlərlə öz adına keçirib ŞİKAYƏT

Bələdiyyə sədri Qarabağ qazisinin ailəsinə məxsus torpaq sahəsini saxta sənədlərlə öz adına keçirib ŞİKAYƏT

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yevlax rayonu, Ş.Qurbanov küçəsi, ev 88 ünvanında yaşayan Qarabağ müharibəsi qazisi Səfərov Azər Saleh oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyevə müraciət edir:

“Cənab Prezident!

Hörmətli Cənabalar!

Nəzərinizə çatdırmaq istəyirəm ki, 1998-ci ildə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində Dövlət Aqrar İslahat Komissiyasının qərarı ilə bizim adımıza 0.06 ha torpaq sahəsi ayrılmışdır. Keçmiş bələdiyyə sədri Məmmədov Qabil Sultan oğlu qanunsuz olaraq həmin torpaq sahəsindən istifadə etmiş, həmçinin saxta alqı-satqı müqaviləsi əsasında torpağı 2109011780 və 2019014755 qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində xəbərimiz olmadan bizim adımızdan öz adına qeydiyyata aldırmışdır.

Bununla bağlı Yevlax rayon Polis şöbəsində və prokurorluq orqanında araşdırma aparılaraq, saxta yollarla alqı-satqı və digər sənədlərin ekspertizadan gələn cavablarından sonra Qabil Məmmədovun barəsində CM-nin 320.2-ci maddəsi ilə cinayət işi başlamış və sonradan müddətin keçməsi əsası ilə xitam verilmişdir.

Mən etiraz olaraq Yevlax Rayon Məhkəməsinə müraciət etdim. Qarşı tərəf isə Şəki İnzibati Məhkəməsinə bizə məxsus torpaq sahəsinin Dövlət Aktını əsassız olaraq ləğvini qoydu. Şəki İnzibati Məhkəməsinin hakimi Fəxri Hacızadə tərəfindən düzgün araşdırma aparılmadan, haqsız və ədalətsiz olaraq bizim əleyhimizə qərar çıxarılaraq, 30 il bundan əvvəl bizə verilən Dövlət Aktı ləğv edildi. Səbəb kimi isə, guya, Əmək Komitəsində torpaqla bağlı verilən qərarın tapılmamasını əsas gətirmişdir. 

Sonradan mən Əmlak Komitəsinin sədrinin qəbulunda oldum, vəziyyəti izah etdim. Mətin müəllimin göstərişindən sonra gizlədilmiş qərarı və digər müvafiq arxiv sənədlərini mənə təqdim etdilər. Bundan sonra yeni açılmış hal kimi mən Şəki İnzibati Məhkəməsinə müraciət etdim. İşimiz yenidən Fəxri Hacızadənin icraatına verildi. Mən də bu hakimin işə ədalətli baxacağına inanmırdım. Təəssüf ki, düşündüyüm kimi də oldu... 

Hazırda işimiz Şəki Apeliyasiya Məhkəməsinin hakimi Vüqar Musayevin icraatındadır. Bu illər ərzində mənim və ailə üzvlərimin bütün Konstitusion hüquqları pozulmuşdur. Cənab Prezident bu ili "Konstitusiya ili" elan etdiyi üçün, biz də pozulmuş konstitusion hüquqlarımızın bərpa olmasını rica edirik.

Cənab Prezident!

Hörmətli Cənabalar!

Yuxarıda qeyd etdiklərimi nəzərə alıb, Qarabağ qazisi olaraq xahiş edirəm ki, Şəki Apellyasiya Məhkəməsində bizim bu işimizə ədalətli baxılmasına və dövlət tərəfindən bizə ayrılmış torpaq sahəsinin qaytarılmasına köməklik göstərəsiniz”. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Avqust 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri