Bələdiyyələr büdcədən bu qədər vəsait alacaq MƏBLƏĞ
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya kimi nəzərdə tutulub.
"Bələdiyyələrin məqsədli xərcləri üçün 1,6 milyon manat məbləğində subvensiya, bələdiyyələrin sərəncamında olan su təchizatı qurğularının istismarı və xidmətləri ilə bağlı xərclər üçün isə 4,4 milyon manat subsidiya nəzərdə tutulub", - deyə nazir qeyd edib.
Baxış sayı:58
Bu xəbər 19 Noyabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















